525.Az

Prokuror Rusiyada 18 nəfərin ölümünə səbəb olan erməniyə 7 il cəza istədi


 

Prokuror Rusiyada 18 nəfərin ölümünə səbəb olan erməniyə 7 il cəza istədi<b style="color:red"></b>

Bu gün keçirilən məhkəmə prosesində prokuror Rusiyada 18 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olan Ermənistan vətəndaşı, sürücü Qraçya Aratunyanın 7 il azadlıqdan məhrum olunmasını istəyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, yol qəzasında günahkar olduğunu etiraf edib. 

Qeyd edək ki, Moskvada iyulun 13-də dəhşətli qəza baş verib. Aratunyan tərəfindən törədilən qəzada “Kamaz”ın sərnişin avtobusla toqquşması nəticəsində 18 nəfər ölüb və 61 insan ağır xəsarət alıb.

Xatırladaq ki, 46 yaşlı Arutunyan saxlanıldıqdan sonra ilk məhkəmə prosesinə güllü qadın xalatında gətirilmişdi.

 





24.07.2014    çap et  çap et