525.Az

“Ukrayna cəmiyyəti hakimiyyətin yenilənməsini arzulayır”


 

“Ukrayna cəmiyyəti hakimiyyətin yenilənməsini arzulayır”<b style="color:red"></b>

Ukrayna cəmiyyəti hakimiyyətin tamamilə yenilənməsini istəyir. Bunu keçirilən ictimai rəy sorğuları və vətəndaşlarla görüşlərimiz göstərir.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenkonun bəyanatında deyilir.

Ali Radada “UDAR” və “Svoboda” fraksiyalarının Avropayönümlü parlament koalisiyasını tərk etməsinə münasibət bildirən P.Poroşenko qeyd edib ki, bu addım onların kreslodan bərk yapışmadığına, seçicilərin əhval-ruhiyyəsini yaxşı hiss etdiklərinə dəlalət edir.

”Hakimiyyətdə yeniliyə ehtiyac olsa da, hazırda parlamentin buraxılması və onun fəaliyyətinin zəifləməsi arzuolunan deyil. Hazırda ordumuzun maliyyələşməsi, terrorizmə qarşı mübarizənin gücləndirilməsi, dövlət büdcəsinə dəyişikliklər və beynəlxalq maliyyə təşkilatlarla əməkdaşlıq haqqında mühüm sənədlərin müzakirəsi gündəmdədir. Fraksiyaların koalisiyanı tərk etməsi Ali Radanın işinə təsir göstərməməlidir. Mən bütün deputatları Ukraynanın bütövlüyü və gələcəyi naminə məsuliyyətlə çalışmağa çağırıram”, - deyə dövlət başçısının bəyanatında vurğulanıb.

Qeyd edək ki, “UDAR” və “Svoboda” fraksiyalarının rəhbərləri bildiriblər ki, parlament koalisiyasını tərk etmələrinin məqsədi Rusiya yönümlü siyasi qüvvələri deputat mandatından məhrum etmək və yeni seçkilərədək parlamenti buraxmaqdır.

 





24.07.2014    çap et  çap et