525.Az

Müxalif partiyalar arasında daha bir intriqa


 

Müxalif partiyalar arasında daha bir intriqa<b style="color:red"></b> Müsavat başqanının müşaviri Səxavət Soltanlı Azərbaycan Xalq cəbhəsi Partiyasının (AXCP) rəhbərliyini Müsavat üzvü Fərəc Kərimlinin saxlanılması ilə bağlı keçirilən tədbirdə iştirak etmədikləri üçün ittiham edib.
 
S. Soltanlı APA-ya açıqlamasında deyib ki, F. Kərimlinin müdafiəsi ilə bağlı sosial şəbəkədə AXCP də daxil olmaqla, ümumilikdə demokratik qüvvələrə müraciət olunsa da, onlar tədbirdə iştirak etməyiblər:

“Gözləyirdim ki, tədbirdə AXCP-dən olan dostlarımız da təmsil olunacaqlar. Amma onlardan heç kim iştirak etmədi. Bu, təəssüfləndiricidir. Arzu etməzdim ki, AXCP-dən kimsə həbs olunsun, ancaq onlara qarşı belə həbslər olsa, mən orada yaxından iştirak etməyə hazıram”.
 





24.07.2014    çap et  çap et