525.Az

Ermənistan Ordusunun builki itkiləri açıqlanıb


 

Ermənistan Ordusunun builki <b style="color:red">itkiləri açıqlanıb</b>

2014-cü ilin ilk ayı ərzindən Ermənistan ordusunda 26 hərbi qulluqçu ölüb.

Modern.az saytı  xəbər verir ki, bu barədə məlumatı news.am saytına Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin mütəxəssisi Nazeli Movsesyan verib.

Onun sözlərinə intiharlar nəticəsində ölüm faktları qeydə alınmayıb.

O iddia edib ki, 26 nəfərdən 13-ü guya, atəşkəs rejiminin pozulması nəticəsində ölüb. Nazeli Movsesyanın məlumatına görə,  1 nəfər silahla ehtiyatsız davranmaqdan, 2 nəfər döyüş növbəsi çəkərkən, 4 nəfər yol-nəqliyyat qəzası, 3 nəfər isə sağlamlığında problem yarandığından ölüblər.

Qeyd edək ki, Ermənistan tərəfi ordusundakı problemləri ört-basdır etmək üçün ölüm hallarını gizlətməyə və ya hadisələrin baş verdiyi situasiyanın təyinatını dəyişməyə çalışır. Bəllidir ki, Ermənistan ordusunda vəziyyət gündən-günə pisləşir. Belə bir şəraitdə əsgərlərin intihar edərək özlərini öldürməsi faktı realdır.

Ermənistan isə hər cəhdlə bu cür informasiyaların mətbuatda verilməsinin qarşısını almağa çalışır və qismən də buna nail olur.

 





24.07.2014    çap et  çap et