525.Az

Ucarda ailə faciəsi: bacı və qardaş öldü


 

Ucarda ailə faciəsi: <b style="color:red">bacı və qardaş öldü</b> Bu gün Ucar rayonunda dəhşətli yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 14 radələrində Bakı-Qazax əsas magistral  yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 63 yaşlı Abdullayev Aslan İsa oğlunun idarə etdiyi 90- FF-450 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını əvvəlcə “VAZ -2107” markalı avtomobili vurub,  daha sonra sementlə yüklənmiş yük maşınına (TIR) çırpılıb. 

Nəticədə  “Mercedes”in sürücüsü A .Abdullayev hadisə yerində dünyasını dəyişib. Onun maşında olan bacısı - 57 yaşlı Ağayeva Dürdanə İsa qızı isə ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da,  orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
 





24.07.2014    çap et  çap et