525.Az

"Heç bir qüvvə Azərbaycandakı mövcud sabitliyi pozmaq iqtidarında deyil"


 

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat, BDU-nun professoru Kamilə Əliyevanın "525"ə müsahibəsi

"Heç bir qüvvə Azərbaycandakı mövcud sabitliyi pozmaq iqtidarında deyil" <b style="color:red"></b>

- Kamilə xanım, qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir. Amma seçkilərlə bağlı cəmiyyətdə fəallıq hiss olunmur. Bu sizcə, ilə bağlıdır?

- Yay, istirahət mövsümü olduğu üçün dediyiniz kimi, cəmiyyətdə siyasi fəallıq bir o qədər müşahidə olunmur, həm ki, seçkilərə bir xeyli vaxt var. İkincisi, seçkilərlə bağlı yaxın aylarda-təxminən sentyabr-oktyabr aylarında gözlənilən siyasi canlanma, fəallıq müşahidə olunacaq. Üçüncüsü isə hakim partiya olan YAP hər zaman seçkilərə hazır vəziyyətdədir. YAP bir an olsun belə, seçki hazırlıqlarına ara, fasilə vermir, qeyri-fəallıq nümayiş etdirmir. İstənilən bir seçki prosesi bitdi, onun səhərisi günü hakim partiya tərəfindən dərhal ən azı qeyri- rəsmi səviyyədə olsa belə, növbəti seçkilərlə bağlı hazırlıqlara start verilir. Eyni zamanda, özünüz bildiyiniz kimi, Azərbaycanda 3 il dalbadal seçkilər-prezident, bələdiyyə parlament seçkiləri keçirilir. Təxminən bir il öncə ölkəmizdə belə demək mümkünsə, daha əhəmiyyətli, daha ümumrespublika miqyaslı seçkilər-növbəti prezident seçkiləri keçirildi alternativ əsaslarla keçirilən bu seçki yarışmasında da indiki dövlət başçısı cənab İlham Əliyev yenidən Azərbaycan xalqının mütləq əksəriyyətinin səsini qazanaraq, dəstəyini əldə edərək 3- dəfə ölkə Prezidenti seçildi. Yəni, bizi son seçkilərdən elə böyük bir zaman məsafəsi ayırmır qeyd etdiyim kimi, növbəti bələdiyyə seçkiləri dövrü yaxınlaşdıqca, ölkədə siyasi fəallığın artacağına, siyasi canlanmanın baş verəcəyinə özünüz şahid olacaqsınız. Bir sözlə, seçkilər necə lazımdırsa, o cür vaxtında, zamanında ən əsası Azərbaycan seçicisinin iradəsinə uyğun şəkildə keçiriləcək...

- Sizcə, müxalifət bəs niyə bələdiyyə seçkilərinə bu qədər etinasız, biganə yanaşır?

- Müxalifətin, xüsusilə, onun radikal qanadının seçkilərə, xüsusilə, bələdiyyə seçkilərinə bu qədər etinasız yanaşmasının elə qəliz səbəbi yoxdur. Çünki müxalifət, daha çox da onun radikal kəsimi artıq yox dərəcəsindədir. Biz əslində hakim partiya siyasi qüvvə olaraq ölkədə müxalifətin, ələlxüsus, sağlam, konstruktiv müxalifətin olmasında özümüz daha çox maraqlıyıq. Amma biz gedib müxalifəti gücləndirəsi, onun nüfuzunu, sosial bazasını artırası deyilik ki? Bu, onların işidir, vəzifəsidir. Müxalifətin 1993- ildən bu yana sosial bazasının getdikcə daralmasının,onun getdikcə nüfuzdan düşməsinin başlıca birmənalı səbəbkarı da elə həmin müxalifətin özüdür, onun 21 ildən bəri apardığı yarıtmaz siyasətinin, fəaliyyətinin nəticəsidir, o cümlədən, radikalların, onların başabəla liderlərinin ağa qara deməsidir, xalqdan, reallıqdan uzaq düşməsidir. Artıq Azərbaycan cəmiyyəti, xüsusilə, 2003 2005-ci il seçkilərindən sonra, radikal müxalifətə birmənalı yox deyib, onu dəstəkdən məhrum edib. Azərbaycan cəmiyyəti radikalizmi, radikalları artıq qəbul edə bilmir. Azərbaycan xalqı artıq ötən əsrin 80-ci illərinin sonları, 90- illərinin əvvəllərinin xalqı deyil. Azərbaycan xalqı ötən 20-21 il ərzində siyasi cəhətdən xeyli müdrikləşib, yetkinləşib, o, daha quru vədlərə, gurultulu, reallıqdan uzaq, populist bəyanatlara, onları dəfələrlə səsləndirməkdən yorulmayanlara inanmır, yaxşı ilə pisi ayırd edə bilir. Bilir ki, hansı qüvvə, hansı siyasi kurs onu inamlı gələcəyə, inkişafa, tərəqqiyə doğru apara bilər aracaq. Bu qüvvə təbii ki, 22 ildən bu yana siyasi meydanda olan YAP, onun qurucusu, banisi mərhum dövlət başçısı Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs, siyasət bu siyasəti, bu kursu 11 il ərzində çox layiqincə davam etdirən, Azərbaycanı qələbələrdən qələbələrə doğru aparan Prezident cənab İlham Əliyevdir. Yəni, müxalifət özü çox gözəl anlayır ki, seçkilərə qatılsa belə, onu yenə uğursuzluq, növbəti fiasko gözləyir gözləyəcək. Çünki onların heç bir yerdə, birlikdə bələdiyyə üzvlüyünə namizəd irəli sürəcək sayda üzvləri yoxdur. Ona görə müxalifət, xüsusən, radikallar məhz bu digər özlərinə bəll olan səbəblərdən seçkilərə bu qədər etinasız yanaşırlar. Bu da onların öz işidir öz problemidir. Biz onların işinə, seçiminə, qərarlarına qarışa, müdaxilə edə bilmərik, özləri bilərlər. Əslində bu, heç bizləri maraqlandırmır narahat etmir. Niyə maraqlandırsın narahat etsin ki? Amma bütün bunlara rəğmən builki bələdiyyə seçkiləri son 21 ildə keçirilən digər seçkilər kimi azad, ədalətli, demokratik şəffaf şəkildə baş tutacaq. Həmçinin, hakim partiya olan YAP da bu seçkilərdə növbəti dəfə qələbəsini, zəfərini qazanacaq. Buna heç kimin şübhəsi olmasın ola bilməz .

- Bələdiyyələrin səlahiyyətləri bir millət vəkili olaraq sizi qane edirmi? Qeyd edək ki, nəinki müxalif kəsimdən olanlar, həm hakim partiyadan olan əksər deputatlar bələdiyyələrin daha səmərəli fəaliyyət göstərməsi üçün onların səlahiyyətlərinin artırılması məsələsini tez-tez gündəmə gətirir, bu yöndə müxtəlif təkliflər səsləndirirlər...

- Azərbaycanda bələdiyyə institutunun tarixi o qədər çox, qədim deyil. Azərbaycanda bələdiyyə sistemi cəmi 15 il öncə, 1999-cu ildə yaradılmağa başlanıb demək olar ki, yerli özünüidarəetmə orqanları hələ formalaşma, oturuşma dövrünü yaşamaqdadırlar. Bu proses hələ tam başa çatmayıb. Eyni zamanda, ötən illər ərzində Azərbaycanda bələdiyyə institutunun daha da formalaşması, oturuşması istiqamətində böyük addımlar atılıb atılmaqda da davam edir. Bələdiyyələrin fəaliyyəti ilə bağlı parlament tərəfindən bir sıra qanunlar qəbul olunub ya mövcud qanunlara dəfələrlə əsaslı, köklü dəyişikliklər edilib. Bununla yanaşı, dövlət tərəfindən dəfələrlə bələdiyyələrin fəaliyyətinin gücləndirilmə istiqamətində maliyyə dəstəyi göstərilib göstərilməkdədir. Düzdür, bütün bu atılan addımların, görülən işlərin fonunda bəzən bələdiyyələrin fəaliyyətindən narazılıqlar səsləndirilir, onlar əsaslı-əsassız ittiham olunur, bunlarda da müəyyən həqiqət payı var, amma bununla belə, ədalət naminə deməliyik ki, bələdiyyə institutu Azərbaycanda artıq oturuşmaqda, bələdiyyələr həmin bələdiyyə ərazilərində yaşayan insanların problemlərinin həllində yaxından iştirak etməkdədirlər. Bütün bunlarla belə, hesab edirəm ki, bələdiyyələrin öz fəaliyyətlərini dövrün tələblərinə uyğun şəkildə qurmaları üçün yetərincə səlahiyyətləri olsa da, onların qarşıdan gələn seçkilərə kimi səlahiyyətlərinin daha da genişləndirilməsi istiqamətində növbəti bəzi addımlar atılmalıdır ya atılsa, daha məqsədəmüvafiq olar. Bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə yanaşı, bələdiyyələrin, bələdiyyə üzvlərinin sayı da azaldılmalı, həmçinin, bir çox ölkələrdə, o cümlədən, qardaş dost Türkiyədə olduğu kimi, bizdə bələdiyyə sədrləri seçkili olmalıdır, onlar seçki yolu ilə seçilməlidirlər.

- Qarşıdan həm - təxminən ilyarım sonra - 2015-ci il parlament seçkiləri gəlir. Bu seçkilər ərəfəsində ölkəmizdə dünyada baş verən məlum gərgin proseslər fonunda hansı ssenarilərə yenidən cəhdlər edilə bilər?

- Heç kimə sirr deyil ki, belə cəhdlər həmişə olub, bu gün var gələcəkdə ola bilər. Ancaq burada əsas odur ki, Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti birlikdə həmişə bu cür cəhdlərin qarşısını qətiyyətlə alıb, həmin cəhdləri anındaca dəf edib əgər növbəti dəfə bu yöndə cəhdlər olarsa, onların da qarşısını alacaq. Çünki indiki Azərbaycan dövəti, Azərbaycan xalqı yuxarıda da dediyim kimi, ötən əsrin 80-90- illərinin Azərbaycanı, dövləti xalqı deyib. Azərbaycan dövləti ümummilil lider Heydər Əliyevin 1993- ildə ikincə dəfə hakimiyyətə gəlməsindən sonra özünün əsl tərəqqisinə, inkişafına nail ola bilib.

Məhz onun əsasını qoyduğu kurs, strategiya, siyasi xətt üzərində inamla irəliyə doğru irəliləyən Azərbaycan dövləti son 11 il ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, fəaliyyəti sayəsində daha sıçrayışlı dinamik inkişafa qovuşub, ölkəmizin artıq imzalar icində öz layiqli imzası yeri var. Azərbaycan bu gün nəinki regionun, Cənubi Qafqazın, bütüvlükdə dünyanın lider dövlətlərindən birinə çevrilib. Bu gün Azərbaycan dövləti ölkə Prezidenti ilə bütün dünya dövlətləri dövlət başçıları hesablaşırlar. Dünyada artıq Azərbaycanın sözü, rəyi, mövqeyi, çəkisi ilə hesablaşılmaqdadır. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu tədbirlərinə ev sahibliyi edir. Elə son 2 - 3 ayı götürək. Azərbaycanda ATƏT Avropa Şurası Parlament Assambleyalarının illik yay sessiyasının iclasının keçirilməsi ölkəmizin dünyada, Avropada necə böyük önəm daşıdığını əyani şəkildə sübut edir. Həmçinin, cəmi bir ildən sonra Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bunlar elə-belə məsələlər deyil. Bunlar Azərbaycan inkişafının, tərəqqisinin göstəricisidir. Ona görə bundan sonra kimlərsə, hansısa məkrli qüvvələrsə yenidən Azərbaycanda vəziyyəti gərginləşdirməyə səylər göstərəcəklərsə, əvvəllər olduğu kimi, növbəti dəfə heç nəyə nail ola bilməyəcəklər, növbəti dəfə məyus olacaqlar, növbəti dəfə fiaskoya uğrayacaqlar. Sizi tam əmin edirəm ki, heç bir qüvvə Azərbaycandakı mövcud sabitliyi, sakitliyi poza bilməz, poza bilməyəcək heç pozmaq iqtidarında, gücündə deyil!

Kamil HƏMZƏOĞLU

 





24.07.2014    çap et  çap et