525.Az

KİVDF və Mətbuat Şurası milli mətbuatın 139-cu ildönümünü qeyd etdi


 

KİVDF və Mətbuat Şurası milli mətbuatın 139-cu ildönümünü qeyd etdi<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 22- "Altun Saray" istirahət mərkəzində Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində Fondun milli mətbuat günü ilə bağlı keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının laueratlarının mükafatlandırılması mərasimi təşkil edilib.  

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icrası direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Ölkə mətbuatının tarixi inkişaf mərhələlərindən söz açan Fondun icraçı direktoru xüsusən son illərdə dövlətin yüksək qayğısı ilə söz mətbuat azadlıqlarının təmini sahəsində mühüm uğurların əldə olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, ölkə başçısının mətbuatın inkişafına göstərdiyi xüsusi diqqət qayğısının təcəssümü kimi yaradılmış Fond mətbuatın maddi problemlərinin həllinə, ölkə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən mühüm layihələr həyata keçirir. V.Səfərli həmçinin vurğulayıb ki, Fondun xəttilə keçirilən fərdi jurnalist yazıları müsabiqələri jurnalistlərin yaradıcı fəaliyyətinin stimullaşdırılmasına onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

V.Səfərli milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 66 redaksiyadan 116 yazının təqdim edildiyini, ekspertlərin rəyləri əsasında ən yüksək bal toplamış 30 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin isə həvəsləndirici mükafata layiq görüldüyünü diqqətə çatdırıb. Qeyd edilib ki, əsas qaliblərin hər birinə 1000 manat, həvəsləndirici yerlərə layiq görülmüş jurnalistlərə isə 300 manat məbləğində mükafat verilib.

Sonra söz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova verilib. Ölkə jurnalistlərini əlamətdar bayram münasibətilə təbrik edən Əli Həsənov hazırkı informasiya əsrində onların fəaliyyətinin cəmiyyət üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd edib. O, ölkə mətbuatının inkişafını 4 mərhələyə bölərək hər bir mərhələnin səciyyəvi cəhətləri barədə geniş məlumat verib, xüsusən Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra kütləvi informasiya vasitələrinin inkişafı üçün geniş imkanların açıldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, 1993- ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi söz məlumat azadlığının təmin olunmasını, onun hüquqi-normativ bazasının yaradılmasını, iqtisadi müstəqilliyinin təmin edilməsini dövlətin mətbuat siyasəti qarşısında dayanan əsas vəzifələri kimi müəyyən edib.

Əli Həsənov deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət son 10 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən konseptual şəkildə, müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilir: "Müstəqil medianın inkişafına xidmət edən yeni qanunların qəbul edilməsi, mətbuat orqanlarının "Azərbaycan" nəşriyyatına borclarının silinməsi, hər beş ildən bir milli mətbuatın, televiziya radionun yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, KİV əməkdaşlarının dövlət mükafatlarına fəxri adlara layiq görülməsi, redaksiyalara birbaşa maliyyə yardımının göstərilməsi s. 2003- ildən sonrakı dövrdə həyata keçirilmiş rəsmi tədbirlərin natamam siyahısıdır. Prezident İlham Əliyev Azərbaycanda mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq rəsmiləşdirib şəffaflaşdırıb".

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri həmçinin vurğulayıb ki, İlham Əliyevin prezidentliyi dövründə dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması inkişafıdır: "Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edib. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Fəaliyyət göstərdiyi 5 il ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin həcmi 17 milyon manatı keçib".

Qeyd olunub ki, bu gün Azərbaycan jurnalistlərin dövlət hesabına mənzillə təmin olunduğu yeganə dövlətdir. Azərbaycan Prezidentinin 2010-cu il 22 iyul tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" Sərəncamına əsasən jurnalistlər üçün 156 mənzilli ayrıca bir bina inşa edilib: "2013- il iyulun 22- Azərbaycan Prezidentinin iştirakı ilə binanın açılış mərasimi keçirilib tam təmirli mənzillər jurnalistlərə paylanıb. Elə həmin gün cənab Prezident KİV əməkdaşları üçün yeni - 250 mənzilli binanın təməlini qoyub".

Sonra müsabiqənin qaliblərinə Fondun fəxri diplomları təqdim edilib.

Mərasimdə rabitə yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə Mətbuat Şurasının sədri Əflatun Amaşova nazirliyin fəxri fərmanını təqdim edib.

Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan milli mətbuatının keçdiyi çətin şərəfli tarixi yola nəzər salıb, "Əkinçi" qəzetinin xalqımızın həyatında oynadığı rolu xüsusi vurğulayıb.

Sonda Mətbuat Şurasının təsis etdiyi "Ali media mükafatı" təqdim olunub.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mükafatlarını təqdim edərək, mərasimə yekun vurub, jurnalistlərə yaradıcılıq uğurları arzulamış, dövlətimizin mətbuatın inkişafına bundan sonra da yüksək diqqət qayğı göstərəcəyini vurğulayıb.

Mərasim bədii hissədə konsert proqramı ilə davam etdirilib.

 





24.07.2014    çap et  çap et