525.Az

"TRT Avaz" kanalında Naxçıvan haqqında film göstəriləcək


 

"TRT Avaz" kanalında Naxçıvan haqqında film göstəriləcək<b style="color:red"></b>

Türkiyənin "TRT Avaz" kanalında "Nəqşicahan - Naxçıvan" sənədli filmi nümayiş olunacaq. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi  münasibətilə TRT-nin Bakı ofisinin nümayəndəsi Emrah Timuçin Yazıcının hazırladığı sənədli film 2 hissədən ibarətdir.

Filmdə Naxçıvanın tarixinə diqqət yetirilir, 1918-ci ildə Araz-Türk Cümhuriyyətinin qurulması süqutundan, xilaskar türk ordusunun Naxçıvana köməyə gəlməsindən, Sovet İttifaqının 70 illik əsarəti dövründən 1990- ildə Naxçıvana gələn ulu öndər Heydər Əliyevin qədim diyarı bəlalardan xilas etməsindən ətraflı bəhs olunur. Naxçıvandakı tarixi abidələr filmin əsas süjet xəttidir. Əshabi-Kəhf ziyarətgahı, Nuhun məzarı, Möminə Xatın türbəsi, təbii gözəllikləri ilə ziyarətçilərini ovsunlayan Batabat yaylası sənədli filmdə öz əksini tapıb. "Nəqşicahan - Naxçıvan" sənədli filminin 1-ci hissəsi iyulun 23- Bakı vaxtı ilə saat 15:00 - da "TRT Avaz" kanalında yayımlanacaq.

S.ABDULLAYEVA

 





24.07.2014    çap et  çap et