525.Az

BMT-nin insan inkişafı hesabatı: Azərbaycan 76-cı yerdədir


 

BMT-nin insan inkişafı hesabatı: Azərbaycan 76-cı yerdədir<b style="color:red"></b>

BMT-nin İnkişaf Proqramı “İnsan İnkişafı İndeksi 2014” hesabatını yayıb. 

Media forumun məlumata görə, hesabat 187 ölkəni və ərazini əhatə edir, insanların gəlirləri, təhsili, səhiyyənin və sosial müdafiənin vəziyyəti kimi amillər əsasında hazırlanıb.

Hesabatda qeyd edilir ki, Azərbaycan yüksək səviyyəli insan inkişafı ölkələri arasında qərar tutur, 76-cı yerdədir.

Gürcüstan 79-cu, Ermənistan 87-cidir. Rusiya 57-ci, Qazaxıstan 70-ci, İran 75-ci sıranı tutur.

Türkmənistan, Moldova, Özbəkistan orta səviyyəli insan inkişafı ölkələri cərgəsindədir.

İnsan inkişafı aşağı səviyyədə olan ölkələrə isə Pakistan (146-cı yer), Əfqanıstan (169-cu yer) kimi ölkələr aiddir.

Siyahıya çox yüksək səviyyəli insan inkişafı ölkələri qrupu başçılıq edir. 1-ci yerdə Norveç, 2-ci yerdə Avstraliya, 3-cü yerdə İsveçrə gəlir.

 

 





24.07.2014    çap et  çap et