525.Az

Suaresin şikayəti qəbul olundu


 

Suaresin şikayəti qəbul olundu<b style="color:red"></b>

Beynəlxalq İdman Arbitraj Məhkəməsi Uruqvay millisinin və "Barselona"nın futbolçusu Luis Suaresin cəzasının azaldılması ilə bağlı şikayət ərizəsini qəbul edib.

Qol.Az-ın xəbərinə görə, bu barədə məlumatı İspaniya mətbuatı yayıb.

Suareslə bağlı qərarın avqustun 11-i və ya 12-də veriləcəyi bildirilib.

Xatırladaq ki, Suares "DÇ-2014"də İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub.

Bu cəzadan sonra o, FİFA Apelyasiya Komitəsinə müraciət etsə də, əvvəlki qərar qüvvədə saxlanılıb.

 





24.07.2014    çap et  çap et