525.Az

Prezident Bakıda tikilən obyektlərə baş çəkib


 

Prezident Bakıda tikilən obyektlərə baş çəkib<b style="color:red"></b>

İyulun 24-də prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısına məlumat verilib ki, 70 minə yaxın tamaşaçı tutumuna malik stadion müasir memarlıq üslubu ilə seçiləcək və bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Beynəlxalq standartlar əsasında tikilən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Əsas və köməkçi stadionlardan, mexaniki binadan ibarət olacaq bu idman qurğusunda VİP, CİP, media, habelə əlil tamaşaçılar üçün bölmələr nəzərdə tutulub.

Sonra prezident Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə maraqlanıb.

Dövlət başçısı paytaxtın Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda inşaat işlərinin gedişi ilə tanış olub. Burada İlham Əliyevə 18 kilometrlik Bilgəh-Novxanı-Şamaxı-M4 birləşməsi avtomobil yolunun yol qovşaqlarının və piyada keçidlərinin tikintisi barədə məlumat verilib.

 





24.07.2014    çap et  çap et