525.Az

Lerikdəki yanğın söndürüldü


 

Lerikdəki yanğın söndürüldü<b style="color:red"></b> İyulun 21-də Lerik rayonunun yüksək dağlıq ərazisindəki bələdiyyə torpağında başlayan, sonradan Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23A dolayına keçmiş yanğın tam söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, yüksək dağlıq ərazini əhatə etdiyindən və küləklə müşayiət olunduğundan yanğının tam olaraq söndürülməsində çətinliklər yaranıb.

Artıq ETSN-nin və FHN-nin qüvvələrinin səfərbər olunması nəticəsində yanğının söndürülməsinə nail olunub.
Bununla belə yenidən alovlanma təhlükəsi olduğundan bütün ərazi ETSN-nin hadisə yerinə cəlb olunmuş əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.

İlkin hesablamalara görə 10 hektardan artıq meşə fondu torpağına  ziyan dəyib. Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır. 
 





24.07.2014    çap et  çap et