525.Az

Səbail RİH 600 nəfəri iftar süfrəsində topladı


 

Səbail RİH 600 nəfəri iftar süfrəsində topladı<b style="color:red"></b> Səbail rayonunun Badamdar qəsəbəsində iftar süfrəsi təşkil olunub.

Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, tədbir rayonun Badamdar qəsəbəsində yerləşən «Bəyoğlu» şadlıq sarayında keçirilib. İftar süfrəsində rayon ictimaiyyətin, bələdiyyələrin, Badamdar, Bibiheybət qəsəbələri, Bayıl-20-ci yaşayış sahəsində yaşayan şəhid ailələri, müharibə veteranları, əlillər, köçkünlərin nümayəndələrinin nümayəndələri, ümumilikdə 600 nəfəri iştirak edib.
 
İftar mərasimi İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Daha sonra Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, sosialist əməyi qəhrəmanı Ömər Ağayev və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev çıxış edib. Qeyd edilib ki, Səbail rayonunda əvvəlki illərin ənənəsinə uyğun olaraq bu il də Qarabağ müharibəsi veteranlarının nümayəndəsi də daxil olmaqla 4 nəfər rayon sakini rayon İcra Hakimiyyətinin dəstəyi ilə müqəddəs həcc ziyarətinə göndəriləcək.

Bildirilib ki, iftar süfrələri Ramazan ayının sonuna kimi rayonun müxtəlif yerlərində o, cümlədən İçəri şəhər «Cümə» və Bibiheybət məscidlərində də keçiriləcək.

Qeyd edək ki, Səbail RİH daha əvvəl Bibiheybət qəsəbəsində, 20-ci yaşayış sahəsində, İçəri şəhərdəki «Cümə məscidi»ndə bir neçə iftar süfrələri təşkil edib.
 





24.07.2014    çap et  çap et