525.Az

"Bilik Fondu əhalini daha çox maarifləndiricək"


 

"Bilik Fondu əhalini daha çox maarifləndiricək"<b style="color:red"></b> Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının ilk toplantısı keçirilib.

Lent.az-ın məlumatına görə, Himayəçilik Şurasının sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Bilik Fondu kimi önəmli bir qurumun yaradılması ilə bağlı prezident İlham Əliyevin fərmanını alqışladığını bildirib. Akademik A. Əlizadə əhalinin ən müxtəlif sahələrdə maarifləndirilməsində, azərbaycançılıq məfkurəsinin, eləcə də milli-mənəvi və dini dəyərlərin təbliğində, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin geniş kütlələrə çatdırılmasında Bilik Fondunun görəcəyi işlərin vacibliyindən danışıb. Şura sədri onu da bildirdi ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmə inteqrasiyası iləəlaqədar təhlillərin aparılması, sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə çatdırılması da Bilik Fondunun əsas vəzifələri sırasındadır.
 
Fondun Himayəçilik Şurasının üzvü millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Şura üzvlərinə göstərilən etimada görə prezident İlham Əliyevə təşəkkür edib. K. Abdullayev Fondun fəaliyyət istiqamətləri barədə hərtərəfli məlumat verərək bildirib ki, əhalinin daha çox maarifləndirilməsi və savadlandırılması məqsədilə yaradılan Bilik Fondu ölkədə ideoloji istiqamətdə fəaliyyət göstərən qurumların məntiqi halqasıdır. Fond gənclərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək olacaq,  xüsusilə Azərbaycan gənclərinin onlar üçün yaradılan şəraitdən faydalanmasına təkan verəcəkdir.
 
Sonra Bilik Fondunun İcraçı direktoru Oktay Səmədovun hesabatı dinlənilib. O, görülən işlər və Fondun iş planı haqqında ətraflı məlumat verdi. Şura üzvləri hesabatı hərtərəfli müzakirə edərək yüksək qiymətləndiriblər və Fondun fəaliyyət istiqamətləri ilə bağlı müəyyən tövsiyələr veriblər.
 





24.07.2014    çap et  çap et