525.Az

Qənirə Paşayeva əsgərlərə kitablarını hədiyyə edib


 

Qənirə Paşayeva əsgərlərə kitablarını hədiyyə edib<b style="color:red"></b>

Qazaxda ön cəbhədə yerləşən hərbi hissədə Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi keçirilib. 

525.az-ın millət vəkilinin özünə istinadən verdiyi məlumata görə, görüşdə millət vəkili hərbi hissələrdə, ön cəbhədə keçirilən bu cür  tədbirlərin,  kitablarının təqdimatı və imzalanma tədbirlərinin onun üçün daha böyük məna daşıdığını deyib.“Ölkəmizin möhkəmliyi üçün gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli və zəngin dünyagörüşünə malik olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”

Q.Paşayeva əsgər və hərbiçilərə müəllifi olduğu kitablar barədə qısa məlumat verdikdən sonra onlarla toplumda kitab oxumağa meyilliyin artmasının vacibliyi barədə fikir mübadiləsi də aparıb. Maraqlı keçən söhbət və görüşün sonunda  Qənirə Paşayeva müəllifi olduğum kitabları əsgər və hərbiçilər üçün imzalayaraq hədiyyə edib və bu günün onun üçün  həyatında hər zaman yadda qalan günlərdən biri olduğunu deyib.

Qazağın bir neçə kəndinin də Ermənistanın işğalı altında olmasının böyük üzüntü olması barədə danışan millət vəkili yaxın günlərdə bu cür tədbirləri, təqdimat və imzalanmaları Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda, o cümlədən Qazağımızın o gözəl kəndlərində də qeyd etməyi arzulayıb. Əsgər və hərbçilər adından millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirən hərbi hissənin rəhbərliyi bu tədbiri əsgər və hərbçilərin unutmayacağını deyərək müəllifin imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olacağını deyib.

Millət vəkili rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB adından hərbi hissəyə xüsusi hədiyyələrini də təqdim edib.

 





24.07.2014    çap et  çap et