525.Az

"Hazırda quş ovuna qoyulan qadağanın götürülməsi aktual deyil"


 

"Hazırda quş ovuna qoyulan qadağanın götürülməsi aktual deyil"<b style="color:red"></b>

Nazirlər Kabineti  “quş qripi” ilə əlaqədar qoyulan qadağanın hələ də aradan qaldırılmamasına münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli APA-ya açıqlamasında deyib ki, hazırda bu məsələ aktual deyil və Komissiya tərəfindən buna baxılmır: “Dövlət Baytarlıq Xidməti müraciət edibsə, məsələyə münasibət bildiriləcək. Dövlət baytarlıq Xidməti öz işini görüb, rəyini verib, digər məsələləri isə Komissiya həll etməlidir. Komissiya da nə vaxt toplanıb baxacaq, rəyini bildirəcəksə, o zaman da bununla bağlı məlumat yayılacaq. Hələ ki, bu barədə yeni məlumat yoxdur”.
 
Qeyd edək ki, quş ovuna qoyulmuş qadağanın götürülməsi “Nazirlər Kabineti yanında fəaliyyət göstərən, “Quş qripi”nin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası”nın səlahiyyətindədir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti də ölkənin quşçuluq təsərrüfatlarında, eləcə də qoruq və su hövzələri ərazilərində aparılan çoxsaylı monitorinqlər nəticəsində “quş qripi” müəyyən edilmədiyi üçün Nazirlər Kabinetinə rəsmi müraciət edib ki, quş ovuna qoyulmuş qadağa götürülə bilər.

 





24.07.2014    çap et  çap et