525.Az

Azərbaycan jurnalistika məktəbləri


 

Azərbaycan jurnalistika məktəbləri<b style="color:red"></b>

Azərbaycan mətbuatı jurnalistikası zəngin tarixə zəngin məzmuna malikdir. Onun inkişafında çoxçalarlılıq özünü göstərir. Təsadüfi deyil ki, milli jurnalistikada bir neçə məktəb yaradıcılıq istiqaməti mövcuddur. Bu günlərdə filologiya elmləri doktoru, professor Alxan Bayram oğlunun oxuculara təqdim olunan "Azərbaycan jurnalistika məktəbləri" kitabında milli jurnalistikada özünü göstərən ayrı-ayrı yaradıcılıq məktəblərinin xüsusiyyətləri haqda ətraflı məlumat verilir.

Azərbaycan Mətbuat Şurasının Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə nəşri kimi ərsəyə gəlmiş "Azərbaycan jurnalistika məktəbləri" kitabı müəllifin bu kimi məsələlərə sistemli baxışının, ümumən çoxillik elmi axtarışlarının məhsuldar nəticəsidir. "Azərbaycan jurnalistika məktəbləri"nin redaktoru Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun ona yazdığı "Milli jurnalistika məktəblərimiz haqqında" başlıqlı dərin məzmunlu ön sözündə göstərilir ki, "kitabın əhəmiyyətini vurğulayan ən mühüm amil isə jurnalistikamızın indiyədək keçdiyi yola məhz məktəb prizmasından dəyər verilməsidir. Belə bir dəyərləndirmə heç şübhəsiz tarixi keçmişimizi yaradan insanların ruhuna böyük ehtiramdır.

"Azərbaycan jurnalistika məktəbləri" kitabı jurnalistikamızın fundamental ictimai cərəyan kimi təqdimatı baxımından böyük əhəmiyyətə malikdir nəşrin unikallığını təsdiqləyən növbəti cəhət budur. Şübhəsiz, hər məktəbin hadisə proseslərə yanaşmasının məğzində duran Azərbaycan amilidir, azərbaycançılıq türkçülükdür. Ancaq ümumən inkişafı təsəvvürə gətirən yola fərqli baxışların olması təbiidir düşüncə zənginliyinin doğurduğu bu fərqlilik demokratik ruhlu olmaqla inkişafın da əsas seqmenti rolunda çıxış edir".

Qeyd etmək lazımdır ki, professor Alxan Bayram oğlu Məmmədov milli ədəbiyyatşünaslıqda ilk dəfə olaraq M.Ə.Sabirin timsalında klassik sənətkarın elmi tərcümeyi halını yazmış, ədəbiyyatın regional aspektdə tədqiqinin əsasını qoymuş onların elmi-nəzəri prinsiplərini hazırlamışdır. O, eyni zamanda AXC dövrü ədəbiyyatının ilk monoqrafik tədqiqatçısıdır. A.Bayramoğlu 14 monoqrafiyanın, 8 kitabın, 560-dan çox məqalənin müəllifidir. "Azərbaycan jurnalistika məktəbləri" kitabı müəllifin mətbuatşünaslığa həsr etdiyi 3- kitabıdır. Onun bütün fəsilləri mətbuatda oxuculara məqalələr şəklində çatdırılmışdır.

Əsər humanitar sahə mütəxəssisləri - jurnalistlər, filoloqlar, tarixçilər həmin ixtisaslar üzrə magistrantlar, doktorantlar üçün faydalıdır.

 





23.07.2014    çap et  çap et