525.Az

İlham Əliyev misirli həmkarını təbrik edib


 

İlham Əliyev misirli həmkarını təbrik edib<b style="color:red"></b> Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Misir əlaqələri, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ikitərəfli və çoxtərəfli qaydada inkişaf edəcək və
genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
 





22.07.2014    çap et  çap et