525.Az

Göyçayda yeşik istehsalı sexi yanıb


 

Göyçayda yeşik istehsalı sexi yanıb<b style="color:red"></b> Göyçay rayonunda meyvə-tərəvəz məhsullarının yığılması üçün nəzərdə tutulan yeşik istehsalı sexi yanıb.

APA-nın məlumatına görə, hadisə Göyçay şəhərinin Bahəddin Mirzəyev küçəsində qeydə alınıb. İş adamı Cümşüd Mehdiyevə məxsus ümumi sahəsi 300 kvadratmetr olan yeşik sexində baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı sexin 80 kvadratmetrlik hissəsi və içəridəki yeşiklər yanıb. Yanğının genişlənməsinin və yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
 





22.07.2014    çap et  çap et