525.Az

İndoneziyada prezident postuna qubernator gəlir


 

İndoneziyada prezident postuna qubernator gəlir<b style="color:red"></b>

İndoneziya Milli Seçki Komitəsi iyulun 9-da keçirilmiş prezident seçkisinin rəsmi nəticələrini açıqlayıb.

“Media forum” saytı xəbər verir ki, komitə səslərin 53,15%-ni (7 milyon 633 min 576 səs) toplamış Cakarta xüsusi paytaxt dairəsinin qubernatoru Coko Vidadonun qalib gəldiyini elan edib.

Coko Vidadonun rəqibi, Böyük İndoneziya Hərəkatı Partiyasının lideri Prabovo Subianto seçki prosesindən imtina etdyini bildirib. O, seçkidə kütləvi saxtakarlıq olduğunu iddia edir. İndoneziya qanunlarına görə, Subianto 23-25 iyul arası Konstitusiya Məhkəməsinə apellyasiya şikayəti təqdim edə bilər.

Yeni prezidentin andiçmə mərasimi oktyabrın 20-də keçiriləcək.


 





22.07.2014    çap et  çap et