525.Az

Leyla Yunus yenidən prokurorluğa çağırılıb


 

Leyla Yunus yenidən prokurorluğa çağırılıb<b style="color:red"></b>

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus növbəti dəfə Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verməyə çağırılıb.

“Media forum” saytına bu haqda məlumat verən Leyla Yunus bildirib ki, iyulun 22-si saat 13:45-də müstəntiq İbrahim Ləmbəranski yenidən, dördüncü dəfə ona zəng edib:

“Müstəntiq yenidən tələb etdi ki, mən və həyat yoldaşım dindirilmə üçün Baş Prokurorluğa gələk. Bildirdim ki, Baş Prokurorluq qanunu pozmadan fəaliyyət göstərməli, özbaşınalığa son qoymalıdır. Qanunsuz götürülmüş pasportlarımız və evimizin sənədləri qaytarıldığı təqdirdə prokurorluğa gələcəyik”.

Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus dövlətə xəyanətdə günahlandırılan

jurnalist Rauf Mirqədirovun işi üzrə dindirilməlidir. Rauf Mirqədirov aprelin 19-da həbs olunub. Aprelin 28-də Leyla Yunus və Arif Yunus Bakı aeroportundan Qətərin paytaxtı Doha şəhərinə yola düşərkən saxlanıblar.

Onların ölkədən çıxmasına icazə verilməyib, pasportları və bəzi başqa sənədləri alınıb. İndiyədək Leyla Yunus Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bir dəfə ifadə verib. Ondan sonra hüquq müdafiəçisi bütün çağırışları rədd edib.

 





22.07.2014    çap et  çap et