525.Az

Azad Rəhimov jurnalistləri təbrik edib


 

Azad Rəhimov jurnalistləri təbrik edib<b style="color:red"></b> Gənclər və idman naziri Azad Rəhimov 22 İyun Milli Mətbuat günü münasibəti ilə KİV nümayəndələrini təbrik edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirin təbrikində deyilir:

“Bu gün Azərbaycanda Zərdabi ənənələrini ləyaqətlə davam etdirən qələm sahibləri var.

Gənclər və İdman Nazirliyi ilə daim əlaqəli fəaliyyətiniz hər zaman qurumumuz tərəfindən təqdirəlayiq qiymətləndirilib. İstər gənclər, istərsə də idman sahəsində baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında sizin xidmətləriniz danılmaz və əvəzsizdir.

Sizə məsuliyyətli və önəmli işinizdə uğurlar, həyatda can sağlığı arzu edirəm”.
 





22.07.2014    çap et  çap et