525.Az

İsrail ordusu Qəzza zolağında 23 gizli tunel aşkarlayıb


 

İsrail ordusu Qəzza zolağında 23 gizli tunel aşkarlayıb<b style="color:red"></b> İsrail ordusu quru əməliyyatı zamanı Qəzza zolağında 23 gizli tunelin aşkarlandığını bəyan edib.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, iyulun 17-dən bəri aşkarlanmış 23 tuneldə 66 girişin nöqtəsinin olduğu deyilir.
 
Qeyd edilib ki, tunellərdən 6-sı dağıdılıb. İsrail ordusu iyulun 7-dən bəri 2925 hədəfi vurduğunu bildirib. Quru əməliyyatlarında isə İsrail silahlı qüvvələri tərəfindən 388 obyekt məhv olunub. Bunlardan 310-una zərbə son 24 saat içində endirilib.
 
Bəyanatda əlavə olunub ki, HAMAS-a aid 40 raket kompleksi, 50 idarəetmə mərkəzi məhv edilib.
 
Fələstin tərəfi bu hücumlar nəticəsində 600-ə yaxın dinc sakinin öldüyünü, 4 minə yaxın insanın yaralandığını bildirib.
 





22.07.2014    çap et  çap et