525.Az

Pul istəyən “Azadlıq”a yenə vəd verildi


 

Pul istəyən “Azadlıq”a yenə vəd verildi<b style="color:red"></b>

Xəbər verildiyi kimi, iyulun 22-də “Azadlıq” qəzetinin əməkdaşları “Qasid” mətbuat yayımı firmasının binası qarşısında etiraz aksiya keçirib. Aksiyada firmadan qəzetə olan borcunu ödəmək tələb edilib.

Baş redaktorun birinci müavini Rahim Hacıyev “Media forum” saytına deyib ki, “Qasid” firmasının rəhbəri Mirkazım Kazımovla görüşüb: “Firmanın rəhbəri Mirkazım Kazımov borcun ödənilməsi üçün ciddi səylər göstərəcəyinə söz verdi. Bu cür vədlər hər aksiya zamanı verilir. Amma firmanın bizə olan borcu 70 min manat olaraq qalır. Borcun yığılıb qalması ucbatından may, iyun və iyul aylarının maaşını verə bilməmişik.

Firma borcunu ödəmək üçün ciddi addım atmadıqca aksiyalarımız davam edəcək

 





22.07.2014    çap et  çap et