525.Az

Azər Badamov: "Azərbaycan Cənubi Qafqaz regionunun təhlükəsizliyinin əsas təminatçısı qismində çıxış edir"


 

Azər Badamov: "Azərbaycan Cənubi Qafqaz regionunun təhlükəsizliyinin əsas təminatçısı qismində çıxış edir" <b style="color:red"></b>

"Əsası mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən qoyulan Prezident İlham Əliyev tərəfindən müasir zamanın tələblərinə uyğun şəkildə davam, inkişaf etdirilən xarici siyasət kursu ölkəmizin əldə etdiyi uğurların əsas amillərindən biridir". Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) deputatı Azər Badamov dilə gətirib. Onun sözlərinə görə, bu mənada Azərbaycana qarşı beynəlxalq diqqətin artmasını, ölkəmizin əsas tərəfdaş dövlətlərdən birinə çevrilməsini məntiqi nəticə adlandırmaq olar. A.Badamov hesab edir ki, həqiqətən , Bakı son zamanlar ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. O, qeyd edib ki, Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir: "O cümlədən, bu gün Azərbaycan Cənubi Qafqaz regionunun təhlükəsizliyinin əsas təminatçısı qismində çıxış edir. Bu gün bütün dünyada təhlükəsizlik anlayışı dövlətlərin malik olduğu müdafiə potensialı ilə ölçülərək yalnız hərbi hazırlıq sahəsini əhatə etmir. Müasir dövrdə ayrı-ayrı dövlətlərin bütövlükdə regionların təhlükəsizliyi siyasi, iqtisadi, xüsusilə isə enerji təhlükəsizliyinin təminatı baxımından səciyyələndirilir. Xüsusilə, iqtisadi təhlükəsizlik ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsi olub, dövlətin geosiyasi gücü hesab edilməklə müstəqilliyin möhkəmlənməsinə xidmət göstərir. Artıq 23 ildir, müstəqil dövlət kimi balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan həm unikal coğrafi mövqeyə malik olmaqla bir deyil, bir neçə regionun təhlükəsizliyinin etibarlı davamlı olmasında mühüm geopolitik faktor kimi çıxış edir".

KAMİL

 





22.07.2014    çap et  çap et