525.Az

“Dəmirbank”dakı korrupsiya işi məhkəməyə getdi


 

“Dəmirbank”dakı korrupsiya işi məhkəməyə getdi<b style="color:red"></b>

İyulun 22-də Baş Prokurorluq rəsmi məlumat yayıb.

Media forumun nəlumatına görə, “Dəmirbank” ASC-nin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb:

- İstintaq zamanı filialın müdir müavini vəzifəsində işləyən Cabir Sultanovun müştərinin adına açılmış depozit hesabdan 10 min manat məbləğində pulu nağd olaraq şəxsən götürdüyü, Sumqayıt şəhər sakininin depozit hesaba köçürülməsi üçün ona verdiyi 40 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirdiyi, habelə filialın xəzinədar-əməliyyatçısı Səidə Abıyevaya müştərinin iştirakı olmadan rəsmi sənədləri tərtib etdirib müştərinin adından imzasını icra etdirməklə “Dəmirbank” ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurduğu bilinib. Cabir Sultanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və  308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Səidə Abıyevaya isə 308.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib. İstintaq dövründə dəymiş ziyanın tam ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 





22.07.2014    çap et  çap et