525.Az

DİN “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb


 

DİN “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb<b style="color:red"></b>

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində yerləşən 8 mağazada yanğın baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, iyulun 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində yerləşən 8 mağazada yanğın baş verib.

Nəticədə, 96 kvm sahəsdə mağazaların yanar konstruksiyaları və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 21-də səhər "Sədərək" ticarət yarmarkasında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib və onlar yanğını lokallaşdıra biliblər. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.

 





22.07.2014    çap et  çap et