525.Az

Qarabağ müharibəsi veteranı özünü yandırıb


 

Qarabağ müharibəsi veteranı özünü yandırıb<b style="color:red"></b> Bakıda Qarabağ müharibəsi veteranı özünü yandırıb.

Bu barədə Vesti.az-a Xəzər rayon Prokurorluğundan məlumat verilib.
  
Hadisə dünən Buzovna qəsəbəsi, Telman küçəsi 24 ünvanında baş verib. 1971-ci il təvəllüdlü Nuriyev Coşqun Eyvaz oğlu qohumlarının gözü önündə üstünə benzin tökərək özünü yandırıb. Qohumları yanğını söndürsələr də, C.Nuriyevin həyatını xilas etmək mümkün olmayıb.
 
O, hadisədən 8 saat sonra xəstəxanada vəfat edib.
 
Prokurorluqdan verilən məlumata görə, C.Nuriyev evli olmayıb: “İlkin araşdırmalara əsasən Nuriyevin subay olduğu məlum olub. Heç yerdə işləməyən veteran bir müddətdir qohumları ilə yaşayırmış. O, Qarabağ müharibəsi iştirakçısı olub. Bu da onun psixologiyasında izlər qoyub”.
 
Faktla bağlı cinayət işi açılıb.
 





22.07.2014    çap et  çap et