525.Az

Yazar Rövşən Abdullaoğlunun kitabı Türkiyədə nəşr olunub


 

Yazar Rövşən Abdullaoğlunun kitabı Türkiyədə nəşr olunub<b style="color:red"></b> Yazar Rövşən Abdullaoğlunun “motivasiya psixologiyası” silsiləsindən olan “Arxadakı körpüləri yandırın” kitabı Türkiyədə nəşr olunub.

Lent.az-ın məlumatına görə, “Arxadakı körpüləri yandırın” kitabı yazarın bu silsilədən olan ilk kitabı deyil. Yazar müxtəlif səpkilərdə yazılmış 7 müstəqil, 9 tərcümə və şərh, 2 sırf tərcümə olmaqla 18 kitab müəllifidir. Onun kitabları arasında “motivasiya psixologiyası” silsiləsi özünə xas yer tutur. Bu sahə günümüzdə çox aktualdır. Belə ki, psixoloji bilgilər si­ya­sət­dən tutmuş körpə uşaqlarla əla­qədar psixoloji və dav­ranış mə­sələlərinin həllinin tapılmasına kimi bir çox sahələrdə geniş is­ti­fadə olunur.
 
Kitabda insanın fərdi və ictimai həyatında inkişafına səbəb olacaq bir çox mühüm qaydalar öz əksini tapıb. Hər bir mövzu real insan həyatından bədii fraqmentlərlə zəngindir. Məhz bu səbəbdən elə ilk səhifəsindən insanı özünə cəlb edir. Dahi şəxslərin, alimlərin, uğur qazanmış insanların ibrətli həyat hekayətləri, məşhur psixoterapevtlərin araşdırmalarının nəticələri ilə zəngin olan bu kitab bəzi oxucuların təbiri ilə desək, “yerə yıxılmış istənilən şəxsi ayağa qaldırmağa ona inam verməyə qadirdir”. Kitabın üstün cəhətləri haqda çox sözlər demək olar. Kitabın üstünlükləri arasında onun qələmə alındığı qeyri-adi üslub, yazarın hər bir mövzuya fərqli yanaşma metodunu da göstərmək olar. Həmçinin yazarın qələmə aldığı psixoloji kitablarda izlədiyi özünə xas olan şərq və qərb təfəkkürünün sintezli baxışı da kitaba qəribə ab-hava verir. “Arxadakı körpüləri yandırın” kitabı Türkiyədə çap olunmuş ilk kitabdır, lakin son kitab deyil. Hazırda digər kitablar üzərində də iş gedir. Ardıcıllıqla yazarın bütün kitablarının Türkiyədə nəşri planlaşdırılır.
 





15.07.2014    çap et  çap et