525.Az

Fəridə Hacıyevanın şeirləri


 

Fəridə Hacıyevanın<b style="color:red"> şeirləri</b>

KÖNLÜMÜN SAHİBİ OL


Qəlbim
əsir əsim-əsim,

Düşmüşəm eşqin sehrinə.

İlahi! Necə acizəm,

Görən bunun səbəbi ?

Gözlərindən od püskürür,

Alışıb yanan özüməm.

Gözəlliyi gəzən mənəm,

Bu yollarda bir dözüməm.

Gəl könlümün sahibi ol,

Varlığımız qoşalaşsın.

vaxtsa solan arzular.

Pöhrə verib yaşıllaşsın.


VƏTƏN
MƏNƏM


Vətən
mənəm,

                Vətən sənsən,

Vətən milyonlar.

Vətən torpaq,

          Vətən göydür,

Vətən qanunlar.

Hər birimiz

           Bir vətəndaş,

Vətən övladı.

Namus,

      Qeyrət,

            Rəmzimizdir.

Vətən mənim

         Dalğalanan

Od bayrağımdır.

Mənə hünər,

        Qürur verən,

                Qərərgahımdır!


ÜZƏN
MƏNƏM


Yorulmadan
yol gedirəm,

Ağrılarla bol gedirəm,

Sağollaşıb bil, gedirəm,

Öz-özümü üzən mənəm.

Bu zamanla barışmıram,

Bir kimsəyə qarışmıram,

Eh.., nələrə alışmıram,

Olmuşları çözən mənəm.

Şükr edimmi itənlərə,

Od-alovlu sitəmlərə,

Hayım yetmir ötənlərə,

Əllərimi üzən mənəm.


MƏNİM
ŞUŞAM


Azadlığım

            Çox uzaq.

Əsir

       Düşmüsən anam!

Ürəyim

      Qaysaqlanıb,

Dərddən

          Sağalmır yaram.

Mənim

Gözəlim Şuşam!

Ellər

     Bəzəyi Şuşam!

Əlim

   Yetmir dağlara.

     Ağrılarım

               Dil açıb.

Həsrətəm

         O bağlara.

Xarı bülbül

        Gül açıb.

Mənim

      Gözəlim şuşam,

Ellər

    Bəzəyi Şuşam.

Fəryadım

         Göyə çatır.

Diləyim

Pərən-pərən.

Yuxularda mənimsən.

Aşkarda

Yoxdu görən.

Mənim

         Gözəlim Şuşam 

Ellər

       Bəzəyi Şuşam!

Yolların

          Çarpazlanıb,

Ahım

    Göylərə çatır.

Bir nalə var

     Səsimdə.

Mənim

       Gözəlim Şuşam!

Ellər

      Bəzəyi Şuşam!


KÖÇÜM
ÇATMIR


Bu
yolların ağrısıdı,

Şəhidlərin yarasıdı,

Hələ bunlar harasıdı,

Ağlamağa gücüm çatmır.

Başı qarlı o dağlarım,

Naz-nemətli tər bağlarım,

O kor olmuş yağıları,

Susdurmağa gücüm çatmır.

Ha çalışdım alınmadı,

Od püskürdüm qalanmadı,

Torpağımı alammadım,

Bir olmağa köçüm çatmır.


DÜNYAYLA
BARIŞMIRAM


İnamı
itirmişəm,

Dünya da faniləşib.

Mənə əvəzsiz olan,

varsa adiləşib.

söz var, söhbət,

Ağsaqqal sözü keçmir.

Halallıq yox, bir tikə

Boğazımızdan keçmir.

Dilim qısa, deyim,

Zamanla barışmıram.

Bu qovğalı dünyaya,

Allahım qarışmıram.


QOYUN
GEDİM


Kövrəkliyim
pəjmürdə.

Əsəblərim gərili.

Ömür başamı çatıb,

Niyəsini bilmirəm.

Səbrim göydən asılı,

Çaşıb qalan özüməm.

Üzüm sənə sarıdı.

Daha məni gözləmə.

Güvənc yerim yoxdu,

Kimə üz tutub gedim.

Tək-tənha qalan canım.

Yol verin, qoyun gedim.


GƏL
AYRILAQ


Sənə
inanmağım gəlmir,

Nagumanam əzizim.

Gah yerdəsən, gah göydəsən,

Harda arayım, gəzim.

Baxışların donub, nədir,

Məni görmür gözlərin.

Öz-özümü itirmişəm,

Tükənibdi sözlərim.

Qarşımızda sədd çəkilib.

Günahımız nədirki?

 Gəl ayrılaq.

             Artıq yetər.

əlimdən gəlir ki.


BİR
ADDIMLIQDA


Ölüm
bir addımlıqda,

Ömür sonsuz, yol uzun.

Tapmacası tapılmaz,

Necə axtarım, yozum.

Ölüm mənlə yanaşı.

Ömrüm başımı qatıb,

Payız, qış, yaz da gəlir,

Yaşım lap başa çatıb.

Məni gözləyir ki,

İllərin arasında.

Yaman çaşıb qalmışam,

Sabahın qovğasında.


SEVİRƏM


Gözlərim
gözlərində,

Sənin heç xəbərin yox.

Mənim varım, yeganəm,

Sevirəm səni, çox-çox.

Ruhumun qanadısan,

yaxşı ki, varsan, var.

Nəfəsim səninlədi,

qədər canda can var.

Göydən enən mələyim,

Könlümün səsin dinlə.

Neyə dönüb inlərəm,

Qəlbim vurur səninlə.

 

YAZ GƏLDİ


Yaz
gəldi.

        Qəlbim çiçəkləndi,

Könlüm açıldı.

Yaz gəldi.

Arzularım qanadlandı,

Günəş kimi saçıldı.

Yaz gəldı.

       Ürəklər dilləndi,

Sevənlər ürəkləndi.

Yaz gəldi,

Nura boyandı hər yan.

Yer üzü

        Gözəlləndi.


DEYİM


deyim, söz tapmıram,

Bu yola haram qatmısan.

Gözlərini tutan nədi?

Yerə-göyə xor baxmısan.

Kimləri saldın tələyə,

Insanlığın sonu bumu.

Allahın yazıq bəndəsi,

Qazdığın dərin quyumu?

Atdığın daş qayıdacaq,

vaxtsa sənə dəyəcək.

Uca tanrım sabahını,

Cəhənnəmə döndərəcək.


SƏBRİMİ
BOL ELƏ


Allah
! səbrimi bol elə,

Göz görəsi mən sınmayım.

Nadanların arasında,

Öz adımla sınanmayım.

Ruhumla qalım baş-başa,

Dolanım yerin üzünə.

Haqdan yaradım dünyamı,

Qayıdım özüm-özümə.

Çiçəyə gülə döndərim,

Gəzdiyim cənnət mülkümü.

Təmiz nəfsimlə qoruyum,

Möhtəşəm, qədim kökümü.


QAR
DA YAĞDI


Qışın
şaxtalı günüdü,

Qəribsəyib qalan mənəm.

Hər yan qara bələnibdi,

Xəyallara dalan mənəm.

Göydən yerə qar ələnir,

Qu quşuna bənzəri var,

Ürəyimi soyuq kəsir,

Deyilməmiş sözlərim var.

Bu ömrümə qar da yağdı,

Təzələndi arzularım.

 Çovğuna düşüb açıldı,

Neçə-neçə gumanlarım.

                                                                                                                  

QOPARIR NƏDİ


Payız
havasıdı məni aldadan,

Qəmin çiskininə düşüb qalmışam.

Ötən günlərimin izinə düşüb,

O kövrək anlara yaman dalmışam.

Qəlbimin səsidi düşüb başıma,

Eh.., nələr dolanır duman içində.

Bir qərib kimiyəm ocaq başında,

Nəğmələr dillənir kövrək biçimdə.

Yolumun karvanı qeylü-qaldadı,

Gah sağa, gah sola aparır məni.

Tufana düşmüşəm, işə bax Allah!

Özümü-özümdən qoparır nədi?


DÖNƏCƏM


Yenə
könlüm üzün tutub tanrıya,

Aman Allah! bu gözəllik nədəndi.

Ruhum mənim qanadlanıb uçacaq,

Yerdə qalan göz-görəsi bədəndi.

İlahilər həzin-həzin dillənir,

Öz dünyamın avaz dolu əsəri.

Yol gedirəm, yollar mənə əl verir,

Gözəllikdi, gözəllikdi səbəbi.

Pərvazlanıb,mələklənib eləcə,

Könüllərə nurdan çələng hörəcəm.

Dostlarımın arasında səssizcə,

Pərvanə tək gecə-gündüz dönəcəm.


EŞQİN
QOVĞASIDI GƏLƏN


Ürəyimə
xoş səs düşdü,

Bir alovlu nəfəs düşdü,

Könlüm könlünlə görüşdü,

Eşqin sədasıdı gələn.

Tanrıdandı bu gözəllik,

İllər boyu biz gözlədik,

Sevgimizlə əzizləndik,

Eşqin ədasıdı gələn.

İllər ötdü, qoşalaşdıq,

Bahar kimi yaşıllaşdıq,

Sevə-sevə ahıllaşdıq,

Eşqin qovğasıdı gələn.

GÜLLƏR SƏPDİM YOLUNA


Qucaq
-qucaq güllər səpdim yoluna,

əvəzində qanqal gördüm, tikanlı.

Sevgi gəzdim, ürəyinə baş vurub,

Yaman susdu eşqin coşqun sükanı.

O gözəllik itdi duman içində,

Yol ayrıcı, mən qərib kimiyəm.

Yerdən-göydən üzülübdü əllərim,

Heç bilmirəm varam,yoxam, nəçiyəm.

Bu minvalla yolum yaman qısalıb,

Dərdim-sərim bu günümün havası.

Nəğmə dolu könlüm mənə tuşlanıb,

yamandı Allah! onun qovğası.

GÖRÜRƏM


Mən
çənə-dumana dönmək istərəm,

Bir payız havası könlümə düşüb.

Tək-tənha qalmışam, əlim uzalı.

O keçən günlərlə yenə görüşüb.

Ömrün hər anında gözəllik, hikmət.

Dolanıb gəzirəm xəyallarımla.

qədər sevinc var, qədər kədər.

Nağıllı-dastanlı söz yollarımda.

Ötən günlərimin əsiri, qulu,

Mən bu minvalla ömür sürürəm.

Nəğməli dünyamın sahillərində,

Min bir əlvanlığı duyub görürəm.     

Fəridə HACIYEVA

 





14.07.2014    çap et  çap et