525.Az

Miniatürlər


 

Miniatürlər<b style="color:red"></b>

İki yer

Hərə bir ömür yaşayır

                       ağlı, qaralı.

Mən evlənmədim,

                     - Ondan sonra                      

qızlarımın başı, uca olsun, -

                       dedim.

Boş saxladım içimdə bir yeri,

                        Soruşana:

- Tutulub,-  dedim,

...bilsəm

heç kim gəlməyəcək!

 

Boş saxladım

                       yatağımda da bir yeri,

kənarda görüşdüm,

                       kənarda sevişdim.

-           Eqoistsən, -  dedilər,

                       neynirsən iki yeri?

- Ehtiyat igidin yaraşığıdır"- dedim, -                                   

             bilmək olar, sabahın işini!                  

...Sabahlarsa tez dəyişir, tez ötür,

                   açılmamış, dünən olur,

 bu gün olur,

                      sabahlar...                     

Ha gedirəm, çatammıram,...

                            çatammıram sabaha!

Düşünürəm:

-           Axı mən ki "bərk sürürəm" bu ömrü! 

Görən nədən,

                niyə çatmır sabaha?...

       

Sözümdən keçənlər

     

Mənim itirdiklərimdi

                     sözümdən, yazımdan keçənlər

Yaza-yaza,

         etiraf edə-edə  itirirəm...

Söz-söz, cümlə-cümlə,

                       səhifə-səhifə itirirəm;

Yazıma hopan ahla, nəfəslə

                           içimə axan yaşla,

Boğazıma tıxanan qəhərlə,

                   sıxılan, darılan ürəklə itirirəm.

Sonra... itirdiklərimin

                        xiffətin edirəm,

Çaşıram: 

-           Hansısa əzası

                     kəsilib çıxarılmış adam

hələ uzun müddət

           o əzanın yerində olduğu vaxtlardakı

     vərdişini dəyişə bilmədiyi kimi

çaşıram! 

Günahlarımı yumaq üçün

             təkrar-təkrar oxuyuram,

                              oxşayıram onları:

  Doğmalarım, yaxınlarım,

                            şirinlərim, acılarım...

 - Necəsiniz? - deyirəm.

Necəsiniz, özümü , sözümü əyənlərim

-"bizi atdın"- deyənlərim...

Axı,

     olur mənə olur

                       sizlərsə Söz ömrü qazanırsız

Söz ömrü insan ömründən

                          gör qədər uzundu, əzizlərim!

 





14.07.2014    çap et  çap et