525.Az

Firuz Mustafanın hekayəsi özbək dilində


 

Firuz Mustafanın hekayəsi özbək dilində<b style="color:red"></b> Bu günlərdə Firuz Mustafanın “Köhnə kitablara elegiya” adlı hekayəsi Özbəkistan Mədəniyyət və İdman nazirliyinin “Guliston” jurnalında özbək dilində çap olunub.

525.az-ın məlumatına görə, hekayə “Eski kitoblar bardı” adı ilə nəşr edilib.

Firuz Mustafanın elmi və bədii əsərləri son illərdə bir sıra xarici dillərə tərcümə olunub. Onun təkcə “Dəniz köçü” əsəri yeddi dilə tərcümə edilib.

Özbəkistanda yaşayan xanım yazar Şahlo Qasımova yazıçının əsərlərinin rus və özbək dilinə tərcümə edilməsi sahəsində intensiv fəaliyyəti ilə xüsusən seçilir. Həmin tərcümələr mütəmadi olaraq mətbuat səhifələrində işıq üzü görür, saytlarda yerləşdirilir.

Qeyd edək ki, Şahlo Qasımovanın eyni vaxtda rus dilinə tərcümə etdiyi həmin hekayə proza.ru saytında da yerləşdirilib.
 





12.07.2014    çap et  çap et