525.Az

İtaliyalı şairin "Xocalı" şeiri


 

İtaliyalı şairin "Xocalı" şeiri<b style="color:red"></b>

Əzizim Rəşad Məcid! İtalyan bəstəkarı və şairi Davide Qualtierinin «Xocalı» şeirini müəlliflə səndən ayrılan kimi çevirmək keçdi ürəyimdən. Yəni sətri tərcüməni şeir halına gətirmək istədim. Bu, bəlkə də Davidenin şeiri deyil. Heç mənim şeirimə də bənzəmir. Amma Xocalının şeiri ola bilər. «And içirəm: Tanrı canı…»

Davide QUALTİERİ

XOCALI

Şərqdən gələn qonağın
yükü hekayət olar –
amma mən eşitdiklərim…
inanmıram dünyada
belə cinayət ola…

Uzaq, günəşli ölkədə
25 fevral gecəsi
qarlı kölgədə
qırdılar 613 günahsız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca…

Elə bil muncuq
üzüldü sapınnan
topasına biçdilər xocalıları –
topunan…

Xocalı!
qətlinə fərman verənlər –
cani
bu zülmü görənlər –
cani!
görüb-götürənlər –
cani!
Amma göylər
götürməyəcək bu qədər qanı
and içirəm:
Tanrı canı…

Çevirəni: Qulu AĞSƏS

Sətri tərcümə: Mais NURİYEV
İtaliyadakı «Azəri» Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti.

 





31.10.2012    çap et  çap et