525.Az

Dua yağışları


 

XANIM İSMAYILQIZININ YENİ ŞEİRLƏR KİTABI HAQQINDA

Dua yağışları<b style="color:red"></b>

Xanım İsmayılqızı...

Elə bilirəm, müasir Azərbaycanın sənət mühiti üçün bu ad təzə deyil. Mahnılar müəllifi, publisist, tərcüməçi ...ŞAİR. Şəxsən mənim üçün ən axırıncısı daha üstündür.

Onun şeirlərini çoxdandı oxuyuram bu şeirləri oxuduqca bugünkü yük şeir meydanında Xanım İsmayılqızının yerini,  kiçik olsa da tutduğu məkanı o məkandan eşidilən səsini aydınca hiss edirəm.

Xanım İsmayılqızı yeni şeirlər kitabının adını "Dua yağışı" qoyub .

Təbii ki, bu ad kitabdakı şeirlərin məna mahiyyətini qismən olsa ifadə edir. Qismən ona görə deyirəm ki, "Dua yağışı"ndakı mətnlər çoxvariasiyalıdır.

Dua eləmək diləməkdir, iltimas etməkdir, yalvarmaqdır, Sirri-xudaya üz tutmaqdı, müraciətdi. Yəni anlayışın hərfi mənası budur. Amma dua etmək təkcə dindarların adi insanların alnına yazılmayıb, dua, şairlərin şeir yaranandan bəri Allaha müraciətin ən məqbul formasıdır. get-gedə, əsrlər bir-birini əvəz etdikcə şairlərin şeirlərindəki dualar ayrıca, müstəqil forma halına keçmişlər. Klassik poeziyada bunu isbatı sübutu üçün yüzlərlə misallar gətirmək olar. Bəs müasir poeziyada? Təbii ki, sovet dönəmində bu mümkün deyildi. Amma sovet rejimində quruluşun sosrealizmin buzları əriyən kimi şeirimizdə duaların dua-şeirlərin sayı sürətlə artmağa başladı. Bunun ən bariz nümunəsini Vaqif Səmədoğlunun poeziyasında izləyə bilərik.

Xanım İsmayılqızının şeirlərindəki DUA lokal səciyyə daşıyır. Əsasən anlayışın hərfi mənasından doğur müəllif fikrinin daşıyıcısına çevrilir:

Pərvərdigara,
Dünyanın dərdi var,
Yüklə mənim belimə.
Bir əsa ver əlimə.
Bu dünyaya gücü çatan.
Dərd daşıyan gətirmisən.
Dizlərim bükülsə birdən,
Mən yerdən yox,
Təkcə sənin ətəyindən tutacağam.
Bir əlim dərdin ucunda,
Bir əlim Tanrı əlində
Gözləri dualı mən olacağam. 

Xanım İsmayılqızının şeirləri onun şair səciyyəsini tam mənada açıqlayır qətiyyətlə deyə bilərəm ki, çox az şair tapılar ki, onun şeirlərində şairin özü hərfbəhərf, sətirbəsətir, şeirbəşeir özü görünə bilsin. bir onu deyim ki, Xanım İsmayılqızının şeirləri həm oxucuların ürəyinə yaxındır, elə bil, onun şeirlərindəki MƏN bizik, orada ifadə olunan hisslər bizimkidir.

Azərbaycan şairləri arasında (xüsusən son iyirmi ildə) eləsini tapmaq olmaz ki, ruhdan ölümdən söz açmasın. Ruh həm şairlərin içində, həm ondan kənardadır, necə deyərlər, didərginlik yatı yaşayır.Ölüm isə çoxsay mənalar ifadə edir bu mənaların hər biri barədə xeyli danışmaq olar. Ölümü bədbəxtlik sayan da var, səadət sanan da. Ölümü şeirlərində öldürən var, dirildən .

Xanımın şeirlərində, əgər belə demək mümkünsə, bir RUH dolaşmaqdadır. O, şeirlərinin birində yazır ki: "Səpələnən ruhumu, Toplamaqçün yoldayam". Şeirlərini oxuduqca hiss edirsən ki, o ruh deyilən nəsnə onunla doğrudan da ömrün sonuna ömrün sonundakı nəhayətsizliyə doğru yol gedir. Daim onunladır, ruhu bədəndədir həm ondan ayrıdır. Ruhu bədəndə, cismində olanda deyir ki: "Ruhumu soyunub əlimə geyindim, Yağıştək səpildim sözlərin üstünə. Bədənim üşüdü, ürəyim titrədi".. Dualarının birində Allaha üz tutub deyir ki: Allah, sən məni "Ruh adamı bitirmisən, Qucağına götürmüsən, Allah,seçib gətirmisən, Yaddaşhından pozma məni". Başqa bir misal: "Ruhumdan doğan buluddan, Cüt övlad gəldi dünyaya. Biri şeir, biri nəğmə, Uçub getdilər səmaya". Məsələ burasındadır ki, Xanım İsmayılqızının poetik anlamında bütün mənəvi atributlar ruhla bədən arasında sakindirlər. Baxın:

Ayaq -cismimi daşıyan,
Ürək-beynimə aşiyan,
Ömür-bir andı yaşıyan,
Ruhla bədən arasında.
 
y-yerin üzünü görən,
Torpaq-yoxundan bar dərən,
Ana-bətnindən bar verən,
Ruhla bədən arasında.
 
Vətən-sənə arxa olan,
Övlad-nəfəsini alan,
Can-yol ayrıcında qalan,
Ruhla bədən arasında.
 
Bəşər-milyonların səsi,
Sevgi-varlığın zirvəsi,
Allah-qoruyan hər kəsi,
Ruhla bədən arasında.

O ki qaldı Ölümə... Doğrusu, Xanım İsmayılqızının şeirlərində Ölümə tapınmaq var, ondan çəkinmək..Bir sözlə, Ölümnamə yox. Sadəcə, ölümün mahiyyətinə varmaq var. Ölüm  cismin sona yetməsidir, Ruhun yox. Xanım deyir ki: "yat eşqi varsa, ölüm pusquda, Hərdən nəfəsini göstərir bizə. Bivaxt qonaq kimi yüb qapını, Təki soxulmasın mənzilimizə". Qardaşı Qoşqarın vaxtsız vəfatına həsr etdiyi üç şeirində Xanım ölümnamədən uzaqdır, ölümdən doğan pessimizmi yox, ölümsüzlüyü intixab edir: "Saatdan ataraq dəqiqələri, Bircə saniyəyə yükləndin, qardaş... Bu son səfərində dua edərək, Yaxşı yol deməyə dilim gəlmir heç... Qardaş, mən yubandım, mənim yerimə, Atama, anama salam deyərsən".

Xanım İsmayılqızının "Dua yağışı" kitabına çox maraqlı bir açıqlama yazan Afaq Məsud bir cəhəti dəqiq vurğulayır ki, "bu dünya Xanıma darıxdırıcı cansıxıcı gəlir.Xanıma şeirlər yazdırıb, mahnılar bəstələdən , əslində, elə budu... Bu dünyanın görünən tərəfi-son ucu fanilik puçluqla bitən cazibədar al-əlvanlığı, nəfsdoyuran şirinliyi bizim Xanımı cəlb etmir. Onu cəlb edən -bu dünyanın sıravi gözlə görünməyən, anlaşılmayan ay tərəfləridir. Daim qulağına "bu, o deyil"-pıçıldayan ələgəlməz, görünməz, yalnız qəlbin ehtiyacıyla duyulan sirli həqiqətlər dünyasıdır".

Doğrudan da, Xanımın şeirlərində darıxan bir ürəyin səsini eşidirik. Bu səs qışqırıq deyil, nalə deyil. Bu səs pıçıltı da deyil. Bəs nədir?  Yalqızlıqdan, tənhalıqdan doğan ahlarmı? Bu elə hamının eşidə biləcəyi bir səsdir. Amma bu səsin öz fizioloji anlamından fərqi budur ki, o səs insan kimi canlıdı, onun da ruhu var.

Bir küçə, bir adam, bir yalqızlıq,
Bir adam, bir ürək, bir haqsızlıq.
Bir ürək, bir nifrət, bir qansızlıq.
Bir nifrət, bir əzab, bir insafsızlıq.
Bir əzab, bir ölüm vicdansızlıq.
Bir ölüm, bir küçə Adamsızlıq. 

Ünlü şair Ramiz Rövşən Xanım İsmayılqızının "Dua yağışı" kitabının təqdimat mərasimində həmin bu şeiri öz səsiy oxudu dedi ki, bu, Xanımın ən gözəl şeirlərindən biridir. Bu şeirdə Səsi hansı oktavada dilləndirsən, o öz rəngini itirməyəcək. Bəli, rəngini. Çünki Xanımın şeirlərində Səslə rəng bir-birindən ayrılmaz.. "Səsinin rəngini gördüm, Gözünün səsin eşitdim".

Səs, rəng, yağış, qar, Günəş, Ay, gecə, payız, qış, şam işığı, külək nəhayət, işıq...bunlar Xanım İsmayılqızının şeirlərində maraqlı assosiasiyalar, uğurlu təşbeh metaforalar yaradan obrazlardır. "Bomboş yağış yağır səsin gedəndən"- Səs Yağış bu misrada bədii təzad yaradır. "Ömür dediyimiz ipdən asılıb, Fələyin küləyi qopara bilər"- hər misrada uyarlı bir metafora. İndi isə bir şeirdə təsadüf etdiyimiz təşbehlər sırasına diqqət edin: "Ölü bədən, yiyəsiz bir ev kimidi. Tifağı dağılmış ocaq, Kol-kos basmış yurd kimidi. Susan ürək, Kor olan ömür kimidi. Qapalı göz, Dünyanın sonu kimidi. Canına əlvida deyən, Ruhun son sözü kimidi". İddia eləmirəm ki, buradakı təşbehlərin hamısı uğurludur. Hər halda, təzədir.Yenə bir metaforalar sırası: "Boz paltarlı səhər açıb, y günün qapısını. Sevinc gözlərimdən qaçıb, yünlədi çatısını".  Bir misal da: "Külək evində durmur, Düşübdü küçələrə".Bu misalların sayını səhifə-səhifə artırmaq olar.

Xanım İsmayılqızının bir çox şeirlərində rasionallıqla emosionallıq, fikirlə hiss vəhdət təşkil edir. Müəyyən bir fikir onu şeirə çəkir, daxilindəki "filosof"un təkidilə bu fikri poetik şəkildə ifadə etməyə çalışır. Olsun ki, bəzən buna nail ola bilmir fikir var, amma onun hissi-emosional çaları yox, yaxud da əksinə. Amma aşağıdakı bir şeirə diqqət yetirin. Görəcəksiniz ki, fikirlə hiss necə vəhdət təşkil edib, yük şairimiz Məmməd Araz demişkən: "Şeir fikirlə hissin şərikli övladıdır. Hansının ata, hansının ana olduğunu demək çətindir. Yaxşı olar ki, ürək ağıllı, ağıl isə ürəkli olsun".

Dünyaya doğulan gündən,
Hamı isə axtarır.
Kimsə öz itirdiyini,
İtən kimisə axtarır.
 
Ürək-sevməyin yolunu.
Yıxılan insan -qolunu,
Allah-sevdiyi qulunu,
Səni kimsə axtarır.
 
Kor kimi divardan tutan,
Günah dənizində batan,
Hər kəsin yanında yatan,
Qəmi kimsə axtarır.
 
Körpə-ananın döşünü,
Fələk-qəfil görüşünü,
Ruhlar-geri dönüşünü,
Onu da kimsə axtarır.
 
Ümumiyyətlə, Xanımın şeirlərində narahat bir ürəyin çırpıntıları öz əksini tapır. O, dünyaya, gerçəkliyə, yaşadığı mühitə, mənəvi aləmə bəsirət gözü ilə baxır. Narahat ruhun axtarışları, yəcanlı qəlbin hissiyyatları onu ağacda bir yarpağın intihar etməsindən, cəhənnəmin qapısının rənginə qədər hər şey düşüncəyə qərq edir. Bu narahat ruh ürək sahibi deyəndə ki: "Yıxılmaq istəyirəm, Kədərimin başından. Yıxılmaq istəyirəm Gözlərinin yaşından"- yıxılmaq istəyinin səbəbinə varırıq. Yıxılanda dayağı kim olacaq? Axı, ayaqüstü işlərin sonunda bir yıxılmaq da var. Sən demə, yat, olub-keçənlər, xatirələr onun üçün bir yuxu imiş ki, deyir: "Dizimdə taqət var ikən, Yuxudan gerçəyə qaçım".

"Dua yağışı" Xanım İsmayılqızının təkcə hecada deyil, sərbəst şeir məkanında da səriştəli olduğunu sübut edir. Ancaq hər ikisində fikir sərbəstliyi açıq-aşkardır. Söz haqqında deyir ki: "Sözə don geydirməyin, Nəfəsi çatlayacaq. Sözə azadlıq verin, Ürəyi partlayacaq". Xanım İsmayılqızı da azad sözün sahibidir. Bu qədər.

 





15.05.2014    çap et  çap et