525.Az

O səs indi də yaşayır...


 

O səs indi də yaşayır...<b style="color:red"></b>

filologiya elmləri doktoru      

Elə sənətkar var ki, bütün yaradıcılığı boyu yazırsa, həyatın hansı problemlərinə müraciət edirsə, həmişə öz sənətkar təbiətinə, yaradıcılıq prinsiplərinə sadiq qalır.Buna yaradıcılıqda  ÖZÜNƏMƏXSUSLUQ deyirlər bu özünəməxsusluq  həmin sənətkarı ədəbiyyat aləmində bir kimsə ilə eyniləşdirməyə imkan vermir.  Xalq yazıçısı, görkəmli nasir dramaturq İlyas Əfəndiyev məhz belə sənətkarlardandır.

İlyas Əfəndiyev haqqında düşünəndə bir quruyub xəzəl olsa belə öz ətrini, rayihəsini itirməyən, elə bil yenicə dərilən BOY ÇİÇƏYİNİ  xatırlayırsan. İnsanlar arasında ən zərif, ən kövrək, ən bakirə hissləri həmin boy çiçəyinin ətri ilə müqayisə eləmək  olar. Bir da ona görə ki, İlyas Əfəndiyevin nəsri dramaturgiyası bütünlükdə  bu incə hissləri şairanə bir dillə tərənnüm edir.

Bir anlığa təsəvvür edək ki, XX əsrin nəsri dramaturgiyasında İlyas Əfəndiyev adlı  bir şəxsiyyət olmayıb, o zaman ədəbiyyatımız nələr itirərdi?  Nəsrimizdə dramaturgiyamızda lirik-psixoloji təmayülün, C.Cabbarlıdan sonra  yeni orijinal teatr məktəbinin adı ünvanı itirilmiş olardı.

Bu bir həqiqətdir ki, onun yaradıcılığı təkcə ədəbiyyat hadisəsi olub qalmır-bu ədəbiyyatın nəsr dramaturgiya kimi iki möhtəşəm sarayının memarlarından sayılan İ.Əfəndiyev həm Azərbaycan mənəviyyatının mentalitetinin qoruyucularından biridir.  Xalqımızın XX əsrdə keçdiyi böyük tarixi yol-bu yolun uğurundan, qələbəsindən çox ağrı-acıları, bu yolu keçən insanların əzab sarsıntıları onun yaradıcılığında bir tarix kimi yaşamaqdadır.Heç şübhəsiz, indiki gələcək nəsillər üçün  XX əsr azərbaycanlı obrazı ilə tanışlıq, bu obrazın mənəvi dünyasına yol İlyas Əfəndiyevin nəsr dram əsərlərindən başlayacaq. Bu bədii əsərlər bəlkə hər dövrdə konsepsiyası dəyişən, istiqamətini ideoloji küləklərin müəyyənləşdirdiyi tarix kitablarından daha qiymətlidir, etibarlıdır. Tarix dedim, görkəmli tənqidçi Yaşar Qarayevin  sözlərini xatırladım: “Azərbaycan tarixi barədə klassik sənədlər-yeddiQarabağnaməvar. Bütünlükdə, İlyas Əfəndiyevin yaradıcılığını mən səkkizinciQarabağnaməhesab edirəm”.

Bu, həqiqətdir. doğrudan da, bir hissəsini itirdiyimiz maddi-coğrafi Qarabağı itirmədiyimiz mənəvi Qarabağımızı daha dərinliklə duymaq sevmək üçün İ.Əfəndiyevin bədii əsərləri ən etibarlı qaynaqlardan biridir. Çünki Qarabağ dünyası İ.Əfəndiyevin yaradıcılığında həm qədimlikdir, ululuqdur, zəngin tarixi keçmişdir, həm bənzərsiz etnoqrafik dünyadır; səsdir, musiqidir, şeiriyyət aləmidir, həm Azərbaycan bəyliyinin, ağa-xan-tacir görümünün mücəssiməsidir, simvoludur, həm GÖZƏLLİYİN bütün əlvanlığı rəngarəngliyi ilə göz oxşayır, həm , ən başlıcası, milli-mənəvi dəyərlərimizin göstəricisidir. İlyas ƏfəndiyevinQarabağnaməsində Xurşudbanu Natəvan, Qaçaq Süleyman, Sadıqcan, İbrahim xan onun qızı, “Mahnı dağlarda qaldının qəhrəmanları, yazıçının xəyalından, yaddaşından silinib getməyən ata-babası, yaxın-uzaq qohumları sanki eyni usta əli ilə toxunulan zərif xalçanın müxtəlif rənglərini, çeşidlərini xatırladırlar.

İlyas Əfəndiyev  ədəbiyyata keçən əsrin otuzuncu illərinin sonlarında gəlib. Ancaq böyük sənətə gələnə qədər o, bir sıra məhrumiyyətlərlə,rün, zamanın çətin sınaqları ilə üzləşib. Orta məktəbi əla qiymətlərlə bitirən, bu müddət ərzində yalnız müəllimlərin verdiyi biliklərlə kifayətlənməyən  İ.Əfəndiyevin  ən böyük arzusu  Bakıya gəlib Pedaqoji İnstitutun  ədəbiyyat şöbəsinə daxil olmaq idi.  1934- ildə o, arzusuna çatır. Özünün yazdığına görə, “varlıhesab edildiyi üçün səs hüququndan məhrum edilmişdi, buna görə işsiz idi, vaxtilə tikdirdikləri böyük evlərini əllərindən almışdılar, doqquz baş ailəyə isə  onların öz evinin ikinci mərtəbəsində  iki balaca otaq vermişdilər. Ancaq bütün bunlara baxmayaraq, İ.Əfəndiyev institutda verilən qəpik-quruş  stipendiya talonla, gündə dörd yüz qram çörəklə kifayətlənib böyük bir həvəslə təhsilə girişmişdi.Ailəsinin belə yoxsul vəziyyətə salınması, atasının haqsız olaraq səs hüququndan məhrum edilməsi, sinfi mübarizə adı altında onlara edilən sitəmlər gələcəyin yazıçısında haqlı narazılıq doğursa da, nikbinliyini, inamını öldürməmişdi.  Ancaqsən saydığını say, gör fələk sayır”-deyiblər. Bir müddət keçir, İ.Əfəndiyevi atasının səsi alındığına görə Pedaqoji İnstitutdan xaric edirlər. Çovğunlu bir qış günündə isə onların ailəsini sığındıqları o iki otaqdan da çıxarırlar.

İlyas Əfəndiyevin yaddaşında möhkəm iz salan bu hadisələr təbii ki, onun əsərlərində bu ya digər dərəcədə öz əksini tapacaqdı. Çətinliklə olsa, o, Pedaqoji İnstitutun coğrafiya fakültəsini qiyabi bitirir, bir müddət kənddə müəllim işləyir, atası Məhəmməd kişi isə çəkdiyi əzablara, yeddi körpə uşağının onunla birlikdə sürülmək qorxusuna, tez-tez gəlib hətta yasdıqlarının içini axtaran inzibati işçilərin təhqiramiz kobudluqlarına dözə bilməyib vəfat etdi.

İlyas Əfəndiyevin ilk kitabı 1939-cu ildə çap olunub. “Kənddən məktublaradlanan bu kitabda onun eyni adlı povesti bir neçə hekayəsi toplanmışdı. Adətən, ilk kitabı ilə çox az müəllif diqqəti cəlb edə bilir. Axı, birinci kitab hələ istedadın püxtələşməsindən, müəllifin fərdi üslubunun müəyyənləşməsindən soraq vermir. Ancaq İ.ƏfəndiyevinKənddən məktubları onun bütün sonrakı yaradıcılığı üçün səciyyəvi olan aydın, səlis poetik dili üslubu, həyat hadisələrinin real təsviri, obrazların psixoloji planda təqdimi ilə diqqəti cəlb etdi.  Elə ilk hekayələrində hiss olunurdu ki, İ.Əfəndiyev ədəbiyyata kitablardan yox, həyatdan gəlib. O, nəsrində lirikaya meyl edir, lövhə surət çəkməyi bacarırdı. Şübhəsiz, İ.Əfəndiyev o dövrdə Azərbaycan nəsrinin tematikasına yaxşı bələd idi-yeniləşən, özünüquraninsan, həyatda baş verən hadisələrə ayıq baxan...-ictimailəşmiş fərd-onun həyatı mübarizəsi ...qadın azadlığı ..əməyin romantikası ..yeni ailə münasibətləri s. mövzular – 30-cu illər nəsrinin səciyyəviportretiidi. İlyas Əfəndiyev müəyyən mənada bu tematikaya sadiq qaldı.  Dəyişmə...yeniləşmə..insanın baş verən ictimai hadisələr sferasında özünü dərk etməsi-zamanın nəsri bunun üstündə köklənmişdi. “Kənddən məktublarda bəy qızı öz sinfindən, ailəsindən, mühitindən imtina edir, “yeni cəmiyyət qurucularısırasına keçir.

İ.Əfəndiyevin bu ilk kitabı sükutla qarşılanmadı o zamanın gənc tənqidçisi Əkbər AğayevKənddən məktublaradlı resenziyasında  (“Ədəbiyyat qəzeti”, 1940, 11 fevral) ədəbiyyatda ilk addımlarını atan İ.Əfəndiyev haqqında yüksək fikirlər söyləmişdi: “İlyas Əfəndiyev yazıçılığın bütün əlamətlərinə xüsusi orijinallığa malik, ümid verən talantdır”.

İ.Əfəndiyev müharibə illərindəDurna”, “Kiçik bir poema”, “Yarımçıq qalmış portret haqqında mahnı”,   Tar”, “Apardı sellər Saranı”, “Qəhrəman bülbülün nağılı s. hekayələrini yazdı, döyüş səngərlərindən uzaqda yaşayan insanların mənəvi dünyasını qələmə aldı, onların daxili aləmindəki çırpıntıları, hiss həyəcanları təsvir hədəfinə çevirdi, necə deyərlər, müharibə içində görünməz müharibəni əks etdirdi.İndi bu hekayələri oxuyarkən qətiyyən onları dövrünsifarişiolan yazılar kimi qəbul eləmirsən. Çünki həmin hekayələrdə dövr şərtidir, onlarda təsvir olunan ölməz məhəbbət ideyası, mənəvi qəhrəmanlıq isə əbədidir.

İ.Əfəndiyevin bir oxucusu tədqiqatçısı kimi belə bir məsələ həmişə məni düşündürüb. O, bir yazıçı kimi qadın psixologiyasını necə incəliklə bilirdi, bunu öz əsərlərində necə məharətlə əks etdirirdi. Bu baxımdan heç bir Azərbaycan yazıçısı onunla müqayisəyə gəlməz!...Adını çəkdiyimiz hekayələrdə  İ.Əfəndiyev insan qəlbinin dramalarını yaradır.Bu isə o zamankı nəsrimizdə yeni hadisə idi.

1941-ci ildə yazdığıDurnahekayəsini xatırlayıram. “Durna  onu sevirdi. Bu sevgi yaşıl otlar arası ilə yavaş-yavaş axan, nəcib duyğular təlqin edən bulaqlara bənzəyirdi. Durnanın yetimlik, yalqızlıq iztirabı ilə pərvəriş tapmış qəlbi bu sakit sevginin sadə, mehriban axşamları ilə bəxtiyar idi”.

Deməli, böyük sevgi ilə nəfəs alan, onu həyatının mənasına məhvərinə çevirən gənc qız..Təzəcə ər evinə qədəm qoyan bu gənc qadının həyat yoldaşı müharibəyə gedir. Təbii ki, intizar, ayrılıq sənələri.. birdən...hisslər tüğyana gəlir, Durna şüurunu hisslərinə qurban verir ... iradəsini itirir...

Görəsən, Eldar onu bağışlayacaqmı?”

Yazıçı bu hadisəni o qədər təbii təsvir edir ki, oxucu, xəyanət edən qadına nifrət eləmir, yalnız onun halına acıyır. Axı, insan hissləri poladdan, dəmir parçasından yoğrulmayıb, qüvvətli iradəyə malik insanlar da var, zəif, hisslərinin əsiri olan insanlar da...Sənətin gücsüzlüyü deyilmi zəifi qüvvətli, qüvvətlini zəif kimi təsvir edəsən?

Təbii ki, hər bir yazıçının yaradıcılığında zamanın möhürü, diqtəsi olur, ancaq bunu da unutmayaq ki, bəzən yazıçı bu diqtədən sərf-nəzər edir, zamanın diqtəsini ürəyinin hökmüylə əvəz edir.

Bir daha həmin o hekayəyə qayıdır Durnanın etirafları qarşısında susuram: “Sən məni bağışladınmı, Eldar!-dedi,-lakin yox...istəmirəm, mən buna layiq deyiləm..Mən sənin ayrılığın qarşısında özümü itirdim, iradəm sarsıldı. Mənə bir yol göstər, Eldar-əgər  sən sağ gəlsən... mən ayaqların dəyən torpaqları göz yaşlarımla isladaraq üzr istəyəcəyəm... Əgər...əgər gəlməsən...”

Çox-çox sonralar da İ.Əfəndiyev hekayə yaradıcılığını davam etdirdi. İlk hekayələrindəki təbiiliyi, yığcam bir süjet daxilində maraqlı, düşündürücü mətləb ifadə etməyi, ən başlıcası, yaddaqalan obrazlar yaratmaq istəyini sonrakı hekayələrində görə bilərik.  Xəncər”, “Görüş”, “Su dəyirmanı”, “Yaylaq qonşumuz”, “Şəhərdən gələn ovçu”, “Yun şal”, “Qırçı qızıl çiçəkhekayələri müxtəlif illərdə yazılıb, ola bilsin, bu hekayələrdə yazıldığı dövrün ab-havası duyulsun, həmin dövrün ictimai çaları hiss edilsin, ancaq yenə təkrar etməyə dəyər ki, İ.Əfəndiyev mümkün qədər bu şablondan-”dövrün həqiqətlərini realistcəsinə əks etdirməkstereotipindən  qaçırdı, o, insan qəlbini, insan mənəviyyatını əks etdirməyə çalışırdı. “Qırçı qızıl çiçəkhekayəsində oxuyuruq: “Qırın əl boyda bir yeri azca yumurlanıb qalxaraq partlamış onun ortasından həmin çiçək çıxmışdı. Günəşin təzə işığı altında bu çiçək qırın üstünə düşmüş yaqut kimi alışıb yanırdı. Yenicə açılmış kiçik, incə yarpaqlar onu qayğı ilə dövrəyə almışdı”. Bu təsvir İ.Əfəndiyevin əksər qəhrəmanlarının xarakteri üçün çox səciyyəvidir. Onun zərif ruhlu qəhrəmanları da bu çiçək kimi işığa, günəşə boylanırlar. O işığın günəşin adı məhəbbətdir...

İ.Əfəndiyev ilk romanını bir qədər gec yazdı, amma bu roman – “Söyüdlü arxAzərbaycan nəsrində bir hadisə kimi qiymətləndirildi. 50-ci illərin sonlarında işıq üzü görən bu roman həm ədəbiyyatda, həm İ.Əfəndiyev yaradıcılığında dönüşün başlandığından xəbər verirdi.  Ölkədə demokratik ab-hava, ictimai-siyasi atmosferdə mülayimləşmə hiss olunurdu heç şübhəsiz, İ.Əfəndiyev yenilikçi bir yazıçı kimi bunu vaxtında hiss edirdi. O, bu əsərdə Azərbaycan kəndinin mənəvi problemlərini işıqlandırdı. O, cəmiyyətin ictimai-siyasi mənzərəsini deyil, yenə insan qəlbinin dialektimkasını ön plana çəkdi.   Hörmətli ədibimiz Mir Cəlal Paşayev o vaxt bu əsər haqqında yazmışdı: “Söyüdlü arxhəm manerası, həm yazı mədəniyyəti etibarilə  çoxlarına oxşamayan, memuar stilində yazılmış şirin, oxunaqlı bir əsərdir”. Nuriyyə Muradın sevgisi əsərdə o qədər təbii təsvir olunmuşdu ki, bu, o dövr üçün bəlkə inanılmaz idi. “Mən bu beş ildə o gənc leytenantı bir gün olsun unutmamışam. “Bəlkə odur”-deyə qarşıma çıxan hər cavan hərbiyəliyə diqqət yetirmişdim”, “bəlkə bir gün rast gəldik”-deyə onun xəyalı ilə yaşamışdım..” Ancaq İ.Əfəndiyev bu sevgi dastanının sonunu  Leyli Məcnunsüjetilə bitirmir. Kimsənin intiharına, faciəsinə ehtiyac qalmır. Sevgililər qovuşmasalar da, sevgi yaşayır...

İlyas Əfəndiyev nəsrinin ən başlıca məziyyəti nədədir? Ədəbiyyatşünaslar bu suala müxtəlif cavablar vermişlər: biri demiş ki, bu nəsr həyat həqiqətlərinin real təsviri inandırıcılığı ilə şöhrət tapıb, başqa birisi yazıb ki, lirika, şeiriyyət, aydın səlis üslub yazıçının nəsri üçün əsas məziyyətdir. Başqa birisi bu nəsri XX əsr Azərbaycan həyatının mənəvi-psixoloji barometri adlandırıb.Bütün bu mülahizələrin hamısı ilə razılaşmaq olar. Ancaq bir əlavə ilə. İlyas Əfəndiyev böyük şairimiz R.Rza haqqında yazmışdı: “Rəsul Rzanın poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır. Onun lirikası tikanlı gülə bənzəyir”.  Məncə bu fikri İ.Əfəndiyevin öz yaradıcılığına da aid etmək olar. Heç şübhəsiz, onun obrazları təsvir üsulunda lirika romantika üstünlük təşkil edirdi, amma bunlar qətiyyən həyatın reallıqlarını canlandırmaqdan imtina etməyə gətirib çıxarmırdı. Yada salaqKörpüsalanlarSarıköynəklə Valehin nağılıromanlarını. “Körpüsalanlarda  Səriyyə obrazı Azərbaycan ədəbiyyatında yeni idi. Yeni olduğu üçün mübahisə hədəfinə çevrilmişdi. Milli əxlaqın çoxdan köhnəlmiş, müasirliklə uyuşmayan  cəhətləri... bir mənəviyyatda baş verən, sanki əxlaqa zidd görünən yeni meyllər.. Ərli bir qadın birdən-birə (əslində, belə deyildim) imkanlı, qəşəng, göyçək, vəzifəli ərindən imtina edir sadə bir buldozerçiyə qoşulub gedir..Təbii ki, burada məsələnintexnikitərəfi (hüquqi, dini, nigah tərəfi) etiraz doğurur, onlarla, yüzlərlə kişini, qadını həyəcana gətirir, bədii əsər qəhrəmanı Səriyyə üçün qəzet səhifələrindəməhkəməqurulur, o da, yazıçı damilli əxlaqmüstəvisində tənqid hədəfinə çevrilir. Ancaq nəzərə alınmırdı ki, insanın qəlbi var, sevgisi .. təbii ki, qəlbi sevgisi olduğu üçün roman qəhrəmanı Səriyyə bir obraz kimi yaşadı..

İlyas Əfəndiyev mahir roman ustası idi. Təkcə müasir dövrün həqiqətləri deyil, tarixi keçmiş onun bir çox romanlarının mövzusuna çevrilmişdi(“Geriyə baxma, qoca”, “Üçatılan”, “Xan çinar”). İ.Əfəndiyev bu tarixi romanlarında da müasirlik duyğusuna sadiq qalırdı.  Keçmişdə, tarixdə səhv yanlış meyllər axtarmırdı. Keçmişi tarixi ideallaşdırmaqdan da çəkinirdi.  Sadəcə olaraq, bu gün bizi düşündürən bir çox sualların cavabını axtarırdı.

İ.Əfəndiyevin nəsri ilə onun dramaturgiyası bütöv bir yaradıcılığın iki qoşa qanadıdır. Onun nəsri dramatik elementlərlə zəngin olduğu kimi, pyesləri nəsrə xas olan dolğun xarakterlərə, kəskin konfliktlərə, maraqlı süjet xəttinə malikdir. Həm dramaturq İlyas Əfəndiyevlə nasir İlyas Əfəndiyevi eyni sənətkarlıq amalı birləşdirir: dövrün böyük qəhrəmanını yaratmaq, zamanın böyük həqiqətlərini sənət dilinə çevirmək!

İ.Əfəndiyev M.F.Axundov, Ü.Hacıbəyov, C.Cabbarlı, H.Cavid kimi ustad dramaturqlardan sonra ədəbiyyat tariximizdə öz yolu məktəbi olan bir sənətkardır. Təzə yol məktəb o deməkdir ki, İ.Əfəndiyev dramaturgiyaya öz prinsiplərini, tematikasını,  bədii-estetik müəyyənliyini təkrarsız obrazlarını gətirir. Artıq əlli ilə yaxındır Azərbaycan teatrı İ.Əfəndiyevin dramaturgiyası ilə qoşa addımlayır, hətta teatrımızın irəliləyişi da müəyyən vaxtlarda onun pyeslərinin uğurları ilə bağlı olmuşdur. İlyas müəllimin pyesləri teatrımızın inkişafının bütün istiqamətlərinə öz təsirini göstərib. Mərhum istedadlı rejissorumuz Tofiq Kazımov məhz İlyas Əfəndiyevin pyesləri ilə rejissura sənətində lirik-psixoloji təmayülü təsbit edə bildi.Həsənağa Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Səməndər Rzayev, Fuad Poladov, Səfurə İbrahimova, İlham Namiq Kamal kimi sənətçilərimiz İlyas Əfəndiyevin pyeslərində  oynadıqları rollarla məşhurlaşdılar.

Bahar suları”, “Sən həmişə mənimləsən”, “Atayevlər ailəsində”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mənim günahım”, “Mahnı dağlarda qaldı”, “Qəribə oğlan”, “Natəvan”, “Büllur sarayda”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Şeyx Məhəmməd Xiyabani”...bu pyeslər keçən əsrin yarım əsri ərzində dramaturgiyada teatr aləmində iz salan əsərlərdir.  Əlbəttə, bu əsərlərin hər birisi haqqında  təfərrüatı ilə söz açmaq, onların uğurlarından danışmaq olar. bütün bu əsərləri (həm nəsr, həm dramaturgiya) qeyd etməliyəm.        MÜASİRLİK  DUYĞUSU.. İ.Əfəndiyev  bütün ömrü boyu, ilk hekayəsini yazdığı gündən son pyesini qələmə alana qədər bu prinsipə sadiq qalmışdır. Yaşar Qarayevin bir fikrini xatırlayıram: “Əsərlərindən biri-”Geriyə baxma, qoca  adlansa da, o, həmişə irəlini görmək üçün geriyə baxmağın tərəfdarı olub,  gələcəklə keçmiş arasında bir körpünün üzərində dayanaraq həyata insanlara buradan boylanıb-baxıb”.

İlyas Əfəndiyev haqqında bu qeydlərimi başa çatdıranda onun öz obrazı gözlərim qabağına gəldi. Yazıçılar Birliyində keçirilən tədbirlərdə onu bir neçə dəfə görmüşəm. 90- illərin əvvəllərində isə İlyas müəllimlə hansı qəzet üçün isə müsahibə aparmışam. Çox istiqanlı insan idi. bir yazımda belə bir cümlə işlətmişdim ki, onun səsi diri idi, insanı cəzb edirdi, bu səsdə tarixlə bu günün çalarları birləşmişdi. O SƏS İNDİ YAŞAYIR, ədəbi fikrimizdə, ondan sonra gələn nəsillərin yaradıcılığında, İlyas Əfəndiyev teatr məktəbində....

 





12.05.2014    çap et  çap et