525.Az

Prezidenti İlham Əliyev Çexiya prezidenti Miloş Zeman ilə görüşüb


 

Prezidenti İlham Əliyev Çexiya prezidenti Miloş Zeman ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-də Praqada Çexiya prezidenti Miloş Zeman ilə görüşüb.

525.az-ın verdiyi məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. “Şərq tərəfdaşlığı” Proqramının Praqada keçirilən sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edilib.
 
Söhbət zamanı Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb.

 





25.04.2014    çap et  çap et