525.Az

Astanada XII Avrasiya Media Forumu keçirilir


 

Astanada XII Avrasiya Media Forumu keçirilir<b style="color:red"></b>

Qazaxıstanın Astana şəhərində keçirilən XII Avrasiya Media Forumu çərçivəsində iştirak edən Azərbaycan nümayəndə heyəti forumun Təşkilat Komitəsinin sədri, Qazaxıstan prezidentinin qızı Dariqa Nazarbayeva ilə görüşüb.

“APA Holdinq”in Direktorlar Şurasının üzvü Cavid İsmayıl heyət adından forumun yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirib.
 
D. Nazarbayeva azərbaycanlı jurnalistlərin Astana haqqındakı təəssüratlarını soruşub. O, Azərbaycana olan sevgisini ifadə edib: “Bakını çox sevirəm, xüsusən də İçərişəhəri. Hər gəlişimdə köhnə Bakıya mütləq baş çəkirəm".
 
Qeyd edək ki, bu gün Astanada XII Avrasiya Media Forumu (EAMF) başlayıb. Toplantıda
dünyanın bir çox ölkələrindən olan tanınmış ictimai-siyasi xadimlər, iqtisadçılar, ekspertlər, jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Onların arasında ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nyut Qinqriç, İsrailin sabiq baş naziri Ehud Barak, tanınmış rusiyalı jurnalistlər Vladimir Pozner və Maksim Şevçenko da var.
 
Qeyd edək ki, Azərbaycanı forumda “Japan Tobacco İnternational” şirkətinin təşkilati dəstəyi ilə “APA Holdinq” və “AzərTAc” Dövlət Agentliyi təmsil edir.

 





24.04.2014    çap et  çap et