525.Az

Həyat eşqi sönməyən Təbib!


 

Həyat eşqi sönməyən Təbib!<b style="color:red"></b>

Atatürk mərkəzində, Şirvan şəhərinin önəmli şəxslərindən biri, 50 ildən çox insanların sağlamlığının keşiyində duran, həkim-şair Mirəfsəl Təbibin əsərlərinin təqdimat mərasimi keçirildi. Mərasimdə ölkənin ictimai-siyasi xadimləri, millət vəkilləri, akademik alimlər, qeyri-hökumət nümayəndələri jurnalistlər iştirak edirdilər.

Tədbirdəki çıxışımı olduğu kimi dəyərli oxucularıma çatdırmaq istəyirəm:  "Bu gün bu dəyərli insanların əhatəsində, şairin söz xəzinəsinə böyük qiymət verib, onun incə ruhlu, tərbiyə əhəmiyyətli, sevgi ilə dolu olan kitablarının təqdimat mərasiminə toplaşmışıq.

Mənə elə gəlir ki, şairlə-təbib arasında çox böyük oxşarlıq var. Elə bu qəbildən , İbn Sinanı, Abbas Səhhəti, Paşa Qəlbinuru, Mirəfsəl Təbibi çox böyük şəxsiyyət, gözəl həkim incə ruhlu şair adlandırmaq olar.

Bəzən insanlar acı dəva-dərmandansa, şirin bir sözə ehtiyac duyurlar. Şirin bir misra, şirin bir kəlam çox vaxt ən güclü dərmandan da gözəl təsir bağışlayır xəstəyə!

Şairin indiyə qədər onlarla kitabı çap olunub. Onun kitabları çox qiymətli ən dəyərli söz xəzinəsidir. Şair Təbibin 2008-ci ildə "Mütərcim" nəşriyyatı tərəfindən Azərbaycan ingilis dillərində buraxılmış "250 Sonet" "250 Sonnets" kitabları çox diqqətəlayiqdir. "Sonet" Avropa mədəniyyətinə məxsus bir janrdır. Bu janrda yazıb-yaratmaq onu bizim Azərbaycan xalqına sevdirmək, doğmalaşdırmaq çox məsuliyyətli olduqca çətin bir janr növüdür. Azərbaycan şairlərindən bir neçəsi, Əliağa Kürçaylı, Mikayıl Müşfiq, Mirəfsəl Təbib qeyriləri bu janrda öz ürək çırpıntılarını, insanlığı qəflət yuxusundan ayıltmağı, onları birliyə vəhdətə çağırmağı, sevgi duyğuları ilə insanların ilham pərisini qanadlandırmağı, ruhlandırmağı əsas amillərdən biri hesab edirlər.

Bu janr ilk dəfə XIII əsrin sonunda "Renessans" İtaliyasında meydana gəlmiş, XVI əsrin II yarsında isə ingilis ədəbiyyatında böyük şöhrət qazanıb.

Həzin musiqiyə bənzər sonetləri ilə ürəkləri riqqətə gətirən, ingilis lirikasının kralı Vilyam Şekspirin yaradıcılığından bəhrələnən şair Mirəfsəl Təbib bu çətinliyin öhdəsindən çox layiqincə gəlmiş sonda olduqca maraqlı gələcək nəsil üçün çox qiymətli bir əsər alınmışdır. İngilis sonet qaydalarına riayət edən şair bütün incəlikləri nəzərə alaraq, kitabı ingilis dilində çap etdirməyi bir ziyalı kimi xalqı, Vətəni qarşısındakı böyük məsuliyyətli işi çox bacarıqla yerinə yetirməyə çalışıb.

Bu gün bütün insanlığı, gələcəyimizi, ruhumuzu, mənəviyyatımızı, təmizliyə, paklığa aparan böyük şəxsiyyət, incə ruhlu həkim, dərin duyğulu yazıların müəllifi kimi xalqımızın həkim- şair oğlu Mirəfsəl Təbibə sevgi dolu mənalı ömür yolu, çoxlu müvəffəqiyyətlər, ən böyük uğurlar, yeni-yeni nailiyyətlər ən uca zirvələri fəth etməyi arzulayıram. Şairin bir neçə bənd şeirini oxucularıma çatdırmaq istəyirəm..

 

Bədbini tez atır, unudur dünya

Hər zaman, hər dövran gülüş istəyir.

Beləcə, əbədi şərt qoya-qoya

"Gülmək istəyirəm",  səslənir deyir!

 

Kədərdən, qüssədən bezibdir həyat,

Sevincdən ötəri, cadar-cadardır.

Hər gün qəm-kədərlə yüklənir qat-qat,

Həyatçın şadlığa möhtaclıq vardır.

 

Çalışır unutsun qəmi-qüssəni,

Bu qədər göz yaşı, bəs deyilmi, de!

Beləcə, ayıltsın bu dünya səni,

Bədbinlik bir cümlə nəs deyilmi, de!

 

Zamana, dövrana heç kəs heç bir kəs

Qəm-kədər notların sevdirə bilməz!

 

Dəyərli oxucularım, Şirvan şəhərinin keçmişi, bu günü gələcəyi üçün böyük şəxsiyyət, kiçikdən böyüyə qədər hamının üstündə hədsiz əziyyət zəhməti olan, yaşının bu gözəl çağında simasından nur yağan, tibbin böyük atası, ədəbiyyatımızın çox böyük söz ustadı şair Mirəfsəl Təbibə firavan həyat cansağlığı arzulayaraq, şairə ünvanladığım "Sadəliyin yenilməzdir, ay həkim" şeirimlə yazımı sona çatdırmaq istəyirəm.

 

İstəyirəm, saçlarına çələng hörüm

çiçəkdən,

                       ay həkim!

İstəyirəm, gözlərinə nur çiləyim günəşdən,

                    ay həkim!

 

 İstəyirəm o əllərə səcdə edim,

             ay həkim!

 

Tək əllərin qarşısında, demirəm,

          ay həkim!

 

O, saçlar yenilməzlik,

O böyüklük qarşısında

Ən nəhayət, Sizdə olan,

O, sadəlik qarşısında baş əyirəm,

                   ay həkim!

 

Hacı Zərifə NOVRUZOVA,

"Qızıl qələm" media mükafatı laureatı

 





24.04.2014    çap et  çap et