525.Az

Əfsanəvi Vısotskinin Azərbaycan dilində danışdığı səsyazısı


 

Əfsanəvi Vısotskinin Azərbaycan dilində danışdığı <b style="color:red">səsyazısı</b>

İnternetdə əfsanəvi sovet aktyoru və müğənnisi Vladimir Vısotskinin Azərbaycan dilində ifadələr işlətdiyi monoloqunun səsyazısı yayılıb.

Modern.az saytı bildirir ki, bu nadir səsyazısında Vısotski azərbaycanlı dostlarının ona kütüm balığını necə bişirmək qaydalarını öyrətməyini izah edir.

Monoloq deyən zaman Vısotski Azərbaycan sözlərindən istifadə edir. “Ləzzət”, “əla” deyə azərbaycanca sözlər işlədən Vısotski daha sonra “Lənkəranda hamı ancaq kütüm balığı yeyir, heç kim ağ balıq yemir” sözlərini Azərbaycan ləhcəsində parodiya edərək söyləyir.

V.Vısotski Azərbaycan mətbəxinin çox dadlı olduğunu bildirir. Səsyazısı 1970-ci ildə lentə alınıb.



 





24.04.2014    çap et  çap et