525.Az

Ukraynayla sərhəddə rus tankları görünüb


 

Ukraynayla sərhəddə rus tankları görünüb<b style="color:red"></b>

Rusiyanın Ukrayna ilə sərhədyanı rayonlarında ağır hərbi texnikanın hərəkəti müşahidə olunur.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Rostov vilayətində tanklar, “BTR” və KamAZ-lardan ibarət kolon görünüb.
 
Sosial şəbəkələrdə yayılan xəbərlərdə bildirilir ki, zirehli texnikanın üzərində “Sülhməramlı missiya” sözləri yazılıb.
 
Həmçinin Ukrayna sərhədindən 100 km aralıda 12 hərbi helikopterin uçuşu müşahidə olunub.

 





24.04.2014    çap et  çap et