525.Az

Ukraynanın güc strukturları separatçılara qarşı əməlliyatlara başlayıb


 

Ukraynanın güc strukturları separatçılara qarşı əməlliyatlara başlayıb<b style="color:red"></b>

Ukraynanın güc strukturları ölkənin şərqində silahlı separatçıların əsas dayaq nöqtəsinə çevrilmiş Slavyanskda antiterror əməliyyatına başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Ukrayna Daxili İşlər Nazirliyi Slavyanskda davam edən xüsusi əməliyyatın ilkin nəticələri haqda açıqlama yayıb.
 
Açıqlamada bildirilir ki, əməliyyat zamanı Donetsk vilayətinin Slavyansk şəhərinin şimal-şərqində qanunsuz silahlı dəstələrin 3 blok-postu məhv edilib. Toqquşmalarda 5 terrorçu öldürülüb. Güc strukturlarının 1 əməkdaşı yaralanıb.     
 
Separatçılar tərəfindən Slavyansk şəhərinin “xalq meri” elan edilmiş Vyaçeslav Ponomaryov “Rossiya 24” telekanalına açıqlamasında Ukrayna ordusuna məxsus hərbi texnikanın iki istiqamətdən Slavyansk şəhərinə yaxınlaşdığını bildirib: “Biz mühasirə həlqəsinə alınmışıq. Müqavimət göstərəcəyik. Bunun üçün kifayət qədər gücümüz var”. 

Əməliyyat davam edir. Güc strukturlarının əməkdaşlarına helikopterlər havadan dəstək verir

 





24.04.2014    çap et  çap et