525.Az

"Müharibənin başlanmasının bütün məsuliyyəti vasitəçilərin üzərindədir"


 

"Müharibənin başlanmasının bütün məsuliyyəti vasitəçilərin üzərindədir"<b style="color:red"></b>

MÜBARİZ ƏHMƏDOĞLU: "VASİTƏÇİLƏRİN BÜTÜN FƏALİYYƏTİ QARABAĞ MÜNAQİŞƏSİ REGİONUNU MÜHARİBƏYƏ YAXINLAŞDIRMAĞA YÖNƏLİB" 

Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu növbəti "Qarabağ saatı" keçirib.

Politoloq bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyanının Müdafiə Nazirliyində keçirdiyi görüşdə Azərbaycanın hərbi aktivliyini artırmasını fakt kimi təqdim etdi bunu Azərbaycanın danışıqlarda uğur qazana bilməməsilə izah etdi. M.Əhmədoğluna görə, S.Sərkisyan bildirib ki, danışıqlar Azərbaycanın xeyrinə getmədiyi üçün Azərbaycan hərbi aktivliyi artırır: "Sarkisyanının bu fikirlərini təkzib etmək niyyətimiz yoxdur. Çünki Sarkisyanla həqiqətin arasındakı məsafəni ölçmək bu günkü elmin qüdrətində deyil. Dünya erməniliyinin bədbəxtçiliyi Azərbaycanın uğuru da ermənilərin belə siyasətçilərlə zəngin olmasındadır. Sarkisyan bu vaxtadək "Yenilənmiş Madrid Prinsipləri" terminini dilinə gətirə bilməyib. O, bu vaxtadək 2009-cu ildə Minsk Qrupu həmsədr ölkə prezidentlərinin qəbul etdiyi ABŞ prezidentinin mətbuat xidmətinin yaydığı sənəd əsasında Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə hazır olduğuna dair bəyanat verməyib. Rəsmi Yerevan vaxtaşırı həmsədr ölkə prezidentlərinin qəbul etdiyi tənzimləmə sənədinə fraqmentar münasibət bildirib. Hər dəfə bununla beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyib. Nəticədə, qısamüddətli uğur qazanıb. Amma uzunmüddətli məsafədən baxanda təkcə Sarkisyan yox, dünya erməniliyi uduzur. Ermənistanın müstəqilliyini itirməsinin, dünya erməniliyinin uğursuzluğunun əsas səbəbi Dağlıq Qarabağ münaqişəsində ermənilərin xristianlığa, haqq-ədalətə ümumbəşəri dəyərlərə zidd mövqeləridir. Dağlıq Qarabağ münaqişəsi başlayarkən Ermənistan iki illik dövlət büdcəsi qədər SSRİ-nin Mərkəzi Hökumətindən yardım aldı. Spitakda zəlzələnin nəticələrini aradan qaldırmaq üçün aldığı vəsaiti Azərbaycan torpaqlarında işğalçılığa xərclədi. ABŞ prezidenti "ata" Buş oğlunu ABŞ-dan Ermənistana göndərilən yardım karvanına başçı təyin etmişdi. Gələn yardımların içərisində pulla yanaşı hərbi təyinatlı məhsullar da var idi".

Politoloqun fikrincə, Qarabağ münaqişəsinin başlanmasının 27-ci ilində Ermənistanın heç bir siyasi müttəfiqi yoxdur. O, belə deyib: "İstər Qərb, istərsə Rusiya ermənilərə alət kimi yanaşırlar. Ermənilər hətta İranı da özlərindən uzaqlaşdırdılar. Miqrasiya demoqrafiya problemi Ermənistanı boşaldır. Assimilyasiya dünya erməniliyini "əridir". İraqda, İranda erməni icmaları sıradan çıxıb. İndi Suriyada ermənilərin yaxın Şərqdəki ən böyük icması dağılır. Dünyada yaşayan ermənilərin sayı təxminən 5 milyonla ölçülür dağınıq kütlə halındadırlar. Ermənistanın indi 8.7 milyard dollar dövlət qeyri-dövlət borcu var. İqtisadi inkişaf tempi borcu azaltmağa deyil, borcu artırmağa şərait yaradır. Sarkisyanın rəhbərlik etdiyi Ermənistan dilənçi dövlətə çevrilib. Bu dövr ərzində eynilə belə müqayisəni Azərbaycan üçün aparmaq olar. Qarabağ münaqişəsi başlayanda Azərbaycan dövlətçiliyi itirilmək üzrə idi. SSRİ adlı Mərkəzi Hökumət Azərbaycanın dövlət büdcəsini boş qoymuşdu. Dünyada heç kim Azərbaycanı tanımırdı. Münaqişənin 27-ci ilində Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən biridir: BMT Təhlükəsizlik Şurasına üzv oldu, sədrlik etdi. Azərbaycan dünya problemlərinin araşdırıldığı ümid yerinə çevrilib. Vaxtilə borc tapa bilməyən Azərbaycanın indi 53 milyard dollar qızıl-valyuta ehtiyatı var. Rəsmi Bakı Dünya azərbaycanlıları ümummilli məsələlərdə tərəfindən koordinasiya mərkəzinə çevrilib. Yalançı üçün vaxtın qısalığı əsas məsələdir. Ona görə Sarkisyan yalan deməkdən çəkinmir. Ermənistan dövlətçiliyi təhlükə altındadır, Ermənistan suverenliyini itirir. Bu gün Ermənistanda hakim elitanın, ictimai-siyasi mühitin 90 faizi vaxtilə Dağlıq Qarabağ münaqişəsi dövründə bu ya digər dərəcədə işğalçılıq prosesində iştirak edib. İndiki ictimai-siyasi mühitin hakim elitanın Ermənistanın suverenliyini, dövlət müstəqilliyini qoruya bilməməsi mühüm göstəricidir: Deməli, ermənilərin Dağlıq Qarabağı almağa da gücü olmayıb. Alət idilər, öz işlərini gördülər, qurtardı getdi. İndi Ermənistanın ictimai-siyasi mühitinin hakim elitanın qarşısına Ermənistanın suverenliyini dövlət müstəqilliyini bitirmək məsələsi qoyulub. Qarabağın işğalında uğurlar əldə edən hakim elita Ermənistan dövlətçiliyinin məhvinə nail olacaq. Ermənistan dövlətçiliyi məhv olan kimi Dağlıq Qarabağ ermənilərin olmayacaq. Sarkisyanın Ermənistanı satışa çıxarması, birjada ona qiymətin qoyulması S.Sarkisyanın xoşladığı qısa müddətli, ötəri hissdir. Ermənistanın hərracda olması Qarabağ tənzimlənməsini məhdud müddətə əngəlləyə bilər".

Vasitəçilərin bütün fəaliyyətinin Qarabağ münaqişəsi regionunu müharibəyə yaxınlaşdırmağa yönəldiyini deyən M.Əhmədoğlu bildirib ki, vasitəçilərin bu fəaliyyətinin düşünülmüş ya təsadüfi hərəkət olması polemika xarakterlidir. Onun fikrincə, Ermənistan ATƏT Minsk Qrupu çətiri altında özünü çox rahat hiss edir: "İmitasiya məsələsində Ermənistanın zərrə qədər problemi yoxdur. Çünki Minsk Qrupu Ermənistana imitasiya üçün şərait yaradıb. Hətta indi Rəsmi Yerevan yenidən Minsk Qrupunun Dağlıq Qarabağ tənzimlənməsi üçün yeganə format olmasını gündəliyə gətirib. Rəsmi Yerevan başa düşüb ki, vasitəçilərin səmərəsizliyi beynəlxalq ictimaiyyətə bəlli olur. Belə olan halda beynəlxalq ictimaiyyət Minsk Qrupunu başqa vasitəçilik missiyası ilə əvəzləyə bilər".

Politoloq rəsmi Bakının əvvəllər həmsədrlərin həm fəaliyyətindən, həm fəaliyyətsizliyindən narahat olduğunu deyərək bunları qeyd edib: "İndi hiss olunur ki, rəsmi Bakı da ATƏT vasitəçilərinin fəaliyyətindən narahat deyil. Bəlkə özünü komfort hiss etməyə başlayıb. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilərə beynəlxalq ictimaiyyətə əsla inanmır. Ölkə prezidentinin 2014- ilin birinci rübünün iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Qarabağ tənzimlənməsi, Ermənistana münasibət, ikili standartlar barədə verdiyi bəyanatlar bunu deməyə əsas verir. Çox mümkündür ki, Ermənistan kimi Azərbaycan da ATƏT vasitəçiliyindən çətir kimi istifadə etməyə başlayıb. Azərbaycan hərbi qüdrətini artırır. Ordunun vəziyyəti ölkənin ali siyasi rəhbərliyinin gündəliyində əsas yerdədir. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissələrə, xüsusilə ön cəbhədəki hərbi hissələrə dəstəyi nəzarəti xeyli gücləndirilib. Hərbi təlimlərin keçirilməsi intensivləşdirilib. Azərbaycan müharibəyə hazırlaşmasını daha da aktivləşdirib. Ermənistanın vasitəçilərin Qarabağ tənzimlənməsinə yanaşması başqa variant qoymur. Ermənistana qarşı müharibə gerisayımı işə düşüb. Prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev döyüş əmrinin hər an verilə biləcəyini bəyan etdi. Yüksəkçinli bu rəsmi ölkə Prezidentinin hərbi siyasəti barədə ən çox məlumata malik şəxsdir. Fikrimcə, Ermənistanın ətrafında həlqə daralır. İranla Azərbaycan arasındakı hərbi əməkdaşlıq sahəsində başlanan danışıqlar Ermənistan ətrafındakı həlqənin daralmasını daha da sürətləndirəcək. Serj Sərkisyana qondarma "Talış Muğan Respublikası"nın "prezidenti" Əlikram Hümbətovla məsləhətləşmənin zəruriliyini yenidən xatırladırıq. Qarabağ müharibəsində Rusiya aşkar ya gizli şəkildə Ermənistanı müdafiə etməyəcək. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın müdafiəsi Türkiyənin ya İranın Ermənistana hücumu zamanı işə düşə bilər. Bu iki dövlətin Ermənistana hücum etməsi nəzəri məsələdir".

İranın Ermənistandan bezdiyini diqqətə çatdıran politoloq söyləyib ki, Vorotan SES-i casusluq obyektinə çevirməklə Ermənistan İranı özündən uzaqlaşdırdı: "Ermənistana qarşı İranın bu siyasəti Azərbaycanın deyil, Ermənistanın fəaliyyətinin nəticəsidir. Ermənistanın Qərbdəki "qohum-əqrəbası" müharibəyə qoşula bilməyəcək. Ermənistanın kosmosdan yeni müttəfiq tapması barədə bizdə məlumatlar yoxdur. Müharibənin başlanmasının bütün məsuliyyəti vasitəçilərin üzərindədir. Həmsədrlər fəaliyyət prinsiplərini dəyişməli, aktivləşməli, həqiqi vasitəçiliklə məşğul olmalıdır. Amma bunlardan əvvəl o Azərbaycanın etimadını qazanmalıdır. Azərbaycanın etimadını qazana bilməyəcəyi təqdirdə vasitəçilər təcili missiyasından geri çəkilməli bu barədə BMT Təhlükəsizlik Şurasına məlumat verməlidir".

Krım hadisələrinə toxunan M.Əhmədoğlu bunları söyləyib: " Krım hadisələri separatçı rejimlərdə keçirilmiş referendumlar mövzusunu aktuallaşdırıb. O cümlədən ermənilər özlərinin Qarabağda keçirdikləri referenduma istinad edirlər. Dağlıq Qarabağda 1991-ci ilin 10 dekabrında ermənilərin keçirdiyi prosedurun referendum hesab edilməsinə siyasi hüquqi əsas yoxdur. Qarabağ erməniləri zorən müstəqil olmağa başladılar. O vaxtadək Dağlıq Qarabağ ermənilərinin əsas məqsədi Ermənistana birləşmək idi. Referendumla bağlı ermənilərin istifadə etdiyi SSRİ Mərkəzi Hökumətinin qanunu yoxdur. Həmin qanun ermənilərin uydurmasıdır. Dağlıq Qarabağın SSRİ qanunlarına istinad etməsi mümkün deyildi. Ən azı o vaxtadək həm Ermənistan, həm Azərbaycan öz müstəqilliklərini, başqa sözlə, SSRİ-nin tərkibindən çıxmaq niyyətlərini bəyan etmişdilər. Ermənistan öz müstəqilliyini Azərbaycandan daha öncə elan etmişdi. 1991-ci il martın 17- SSRİ-nin saxlanmasına dair keçirilən referendumda ermənilər iştirak etmədi. Belə olan təqdirdə ermənilərin 1991-ci ilin dekabr ayında SSRİ qanunlarına istinad etməsi hüquqi savadsızlığın deyil, erməni həyasızlığının əlamətidir. Ona görə indi beynəlxalq ictimaiyyətin 1991-ci il dekabrın 10-da ermənilərin keçirdiyi referenduma münasibət bildirməsi aktualdır. Bu müstəqilliyini itirmək ərəfəsində olan Ermənistan rəhbərləri üçün ağıllandırıcı faktor ola bilər".

AQİL

 





24.04.2014    çap et  çap et