525.Az

"Vergi ödəyicilərinə xidmətin əsasını məlumatlandırma, maarifləndirmə, təbliğat və təlim təşkil edir"


 

"Vergi ödəyicilərinə xidmətin əsasını məlumatlandırma, maarifləndirmə, təbliğat və təlim təşkil edir"<b style="color:red"></b>

 "Vergi xidmətinin təkmilləşdirilməsi, modernləşdirilməsi müasir dünya standartlarına tam uyğunlaşdırılması prosesi gedir "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında  vergi siyasəti daxil olmaqla iqtisadi siyasət sahəsində kompleks tədbirlərin həyata keçirilməsi əks olunub. Konsepsiyada Vergilər Nazirliyinə aid tədbirlərin icrası məqsədilə "2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası" qəbul edilib. Strategiyanın əsas missiyalarından biri   əhalinin vergi mədəniyyətinin yüksəldilməsi, vergiödəmə vərdişlərinin cəmiyyətin normasına çevrilməsinə nail olunmasıdır. Vergi ödəyicilərinə göstərilən xidmətlər məlumatlandırma, maarifləndirmə, təbliğat təlim istiqamətlərində aparılır".

Bu sözləri vergilər nazirinin müşaviri Ələkbər Məmmədov deyib. O bildirib ki, ərazi vergilər departamentləri idarələrinin yerləşdiyi şəhərlər istisna olmaqla, digər şəhər rayon mərkəzlərində vergilərin könüllü ödənilməsi sistemini inkişaf etdirmək, elektron xidmətlərdən istifadəni asanlaşdırmaq məqsədilə vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılıb hazırda respublikada 40 belə mərkəz fəaliyyət göstərir: "2013- il ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində 152638 ödəyici qəbul edilmiş onlara 345466 sayda vergi xidməti göstərilib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmiş şəxslərin sayı 48,7 faiz artıb.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsi vergi ödəyicilərinin informasiya ilə təmin olunmasında müstəsna rol oynayır. Vergilər Nazirliyinin internet səhifəsində məlumatların mütəmadi yenilənməsi "İnformasiya əldə etmək haqqında" qanunda nəzərdə tutulan məlumatların yerləşdirilməsi təmin edilir. İnternet səhifəsinə 2013- ərzində 2.334.105 daxilolma qeydə alınıb.

2013- il ərzində vergi ödəyicilərinin məlumatlandırılması maarifləndirilməsi məqsədilə vergilərə aid 14 adda kiçik həcmli bukletlər, kitabçalar, jurnallar 146800 nüsxədə (133900 nüsxə Azərbaycan, 12900 nüsxə ingilis dilində)  nəşr etdirilərək vergi ödəyicilərinə çatdırılıb. "Vergi ödəyicilərinə göstərilən xidmətlər - məlumatlandırma, maarifləndirmə təbliğat işində sahibkarların ictimai təşkilatlarının KİV-in rolunun artırılması" adlı layihə hazırlanmış, layihə çərçivəsində sahibkarların ictimai təşkilatları KİV nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilib.

"Vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının araşdırılması vergi xidmətinin ünvanlılığının təmin olunması layihəsi" adlı başqa bir layihə çərçivəsində respublikanın müxtəlif bölgələrində vergi ödəyicilərinin maarifləndirilməsi, məlumatlandırılması ünvanlı vergi xidmətinin göstərilməsi, ölkədə əlverişli vergi mühitinin formalaşdırılması mövzusunda "dəyirmi masa"lar keçirilmişdir. Tədbirlərdə aparılmış sosioloji araşdırmaların nəticələri vergi ödəyicilərinə, icra strukturları qeyri-hökümət təşkilatların nümayəndələrinə təqdim edilmiş onları maraqlandıran suallar cavablandırılmış, vergi sistemində tətbiq edilən yeniliklər barədə müvafiq izahatlar verilmiş, "vergi ödəyicilərinin vergi xidmətlərindən istifədə imkanlarının araşdırılması" üzrə hazırlanmış sorğu vərəqi əsasında Bakı şəhərində regionlarda seçilmiş 1000 vergi ödəyicisi 50 ekspert arasında sorğular aparılıb. Layihə çərçivəsində 2013- il ərzində vergi ödəyiciləri üçün 284 vərəqdən ibarət "Ünvanlı vergi xidmətləri" məlumat kitabı, təlimçilər üçün isə 8 modul əsasında 139 vərəqdən ibarət təlim materialları hazırlanaraq vergi ödəyicilərinə təqdim edilib".

O həmçinin vurğulayıb ki, vergi əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün nəzərdə tutulmuş vəzifələrin icrasının mənbəyi vergi orqanlarında insan resurslarının inkişafıdır: "Bu məqsədlə təsdiq olunmuş konsepsiyanın əsas istiqamətlərini 5 qrupda birləşdirmək olar: təbliğat, təlim, qiymətləndirmə, həvəsləndirmə insan resurslarının informasiya bazasının yaradılması. Vergilər Nazirliyinin tədris konsepsiyasının əsas məqsədi vergi orqanları əməkdaşlarına vergilər sahəsində qəbul edilmiş qanunların öyrədilməsi, onlara texniki vasitələrlə vərdişlərinin mənimsədilməsi, nazirliyin strateji məqsədlərinin başa düşülməsi qavranılması, xüsusi peşə mədəniyyətinin davranış qaydalarının qəbul edilməsindən ibarətdir. Bu məqsədlə yaradılan Vergilər Nazirliyinin Tədris Mərkəzində işə yeni qəbul edilən stajçı əməkdaşlar, mütəxəssislər, orta, böyük baş menecerlərdən ibarət təlim tədris qruplarına ənənəvi, distant kombinə edilmiş təlim formalarından istifadə olunmaqla ilkin hazırlıq, ixtisasartırma kursları qısamüddətli təlimlər keçilir. Ötən tədris ilində 23 qısamüddətli təlim, 3 ilkin hazırlıq kursu 28 ixtisasartırma kursu aparılmış, vergi orqanı əməkdaşlarının təxminən 50%-i (1207 nəfər) tədris prosesinə cəlb olunub".

 





24.04.2014    çap et  çap et