525.Az

6 nəfər siyasi məhbus aclıq aksiyasına başlayıb


 

6 nəfər siyasi məhbus aclıq aksiyasına başlayıb<b style="color:red"></b>  İranda daha 6 nəfər siyasi məhbus aclıq aksiyasına başlayıb.
 
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Kərəc şəhərində saxlanılan məhbuslar Tehranın Evin həbsxanasındakı hadisələrə etiraz olaraq və məhkum yoldaşlarını dəstəkləmək məqsədilə bu addımı atıblar.
 
Bunlar Cəfər Eqdami, Rza Entesari, Məsud Bastani, Səid Rəzəvi Fəqiyyə, Mehdi Mahmudiyan və Səid Mədənidir.
 
Qeyd edək ki, aprelin 17-də Tehranın Evin həbsxanasında toqquşma baş verib. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) və “Sepah”ın kəşfiyyat orqanının əməkdaşları əsasən siyasi məhbusların saxlanıldığı Tehranın Evin həbsxanasının 350-ci sektorunda axtarış aparmaq istəyiblər, lakin məhkumlar buna mane olmağa çalışıblar.
 
Nəticədə məhbusları döyülüb və əlləri qandallı vəziyyətdə həbsxananın 240-cı sektorunda təkadamlıq kameralarına salınıblar. Onların arasında üç azərbaycanlı siyasi məhbus - doktor Əsədullah Əsədi, musiqiçi İsmayıl Bərzigəri və jurnalist Səid Mətinpur da var. Hazırda onlar aclıq aksiyası keçirir.
 





24.04.2014    çap et  çap et