525.Az

KİVDF Sabunçu rayonunda konfrans keçirdi


 

KİVDF Sabunçu rayonunda konfrans keçirdi<b style="color:red"></b>

Dünən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib.

Konfransa Respublikasının aparıcı qəzetlərin, informasiya agentliklərinin xəbər portallarının baş redaktorları Sabunçu rayonunun icra strukturlarının rəhbərləri qatılıb.

Konfransdan öncə Sabunçu rayonun sosial-iqtisadi inkişafına həsr edilmiş qısametrajlı film nümayiş etdirildi. Daha sonra konfransı giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayon ictimaiyyətinin media nümayəndələri ilə bu formatda görüşünün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Rayon haqqında məlumat verən Adil Vəliyev Sabunçunun Bakının 3 ən böyük rayonlarından biri oludğunu diqqətə çatdırdı. İcra başçısı burada fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət digər sosial obyektlər barədə geniş məlumat verdi.

Jurnalistikanın cəmiyyətin həyatında oynadığı rola toxunan Adil Vəliyev Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət tərəfindən böyük diqqət göstərildiyini vurğuladı. O, Sabunçu RİH-nin media ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu da qeyd etdi.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Fondun iştirakı ilə bu qəbildən olan tədbirlərin artıq ənənəvi xarakter aldğını bildirdi. O, paytaxtla bərabər, regionlarda da artıq belə çoxsaylı tədbirlərin keçirildiyini iştirakçıların diqqətinə çatdırdı. Bununla yanaşı, Vüqar Səfərli Azərbaycan milli mətbuatının inkişafı yoluna da nəzər saldı: "Milli mətbuatımızın inkişaf tarixini 3 dövrə bölmək olar. Birinci dövr mətbuatımızın əsası qoyulduqdan Sovetlər hakimiyyətinin qurulmasına qədər olan müddəti əhatə edir. Növbəti dövr isə Sovet hakimiyyəti illərini əhatə edir. Nəhayət üçüncü dövr Azərbaycanın yeni müstəqillik tarixini əhatə edən mərhələdir".

Müstəqillik əldə etdikdən sonra Azərbaycan mediasının inkişaf yoluna geniş nəzər salan Vüqar Səfərli Ulu öndər Heydər Əliyevin kütləvi informasiya vasitələrinə həmişə böyük qayğı ilə yanaşdığını vurğuladı. Ümummilli liderin mətbuat üzərində senzuranın ləğvinə dair fərmanı ilə Azərbaycanda söz, məlumat fikir azadlığının təməli qoyuldu. Daha sonra Vüqar Səfərli Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin mətbuatın inkişafı üçün gördüyü işlərdən söz açdı: "2009-cu il aprel ayının 3- Azərbaycanda fikir, söz məlumat azadlığını inkişaf etdirmək məqsədi ilə cənab Prezidentin fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fond il ərzində KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqələr elan edir. Eyni zamanda müxtəlif icra orqanları ilə birlikdə jurnalistlər arasında fərdi yazı müsabiqələrinin təşkilini həyata keçirir".

Vüqar Səfərli onuda vurğuladı ki, dövlət başçısı jurnaslitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atır: "Buna konkret nümunə kimi ötən ilin iyulun 22- cənab Prezidentin iştirakı ilə açılışı olmuş jurnalistlər üçün inşa edilmiş binanın media nümayəndələrinə təqdim olunmasını göstərmək olar. Daha bir binanın isə inşası davam etdirilir. Bütün bunlar cənab Prezidentin mediaya böyük diqqət qayğısının bariz nümunəsidir".

Tədbir qarşılıqlı diskussiya şəklində davam etdirildi. Daha sonra Sabunçu Rayon İcra Hakimiyyəti Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət perspektivlər" mövzusunda birgə elan edilmiş müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasiminə başlanıldı. Qeyd edək ki, müsabiqəyə ümumilikdə 23 redaksiyadan 38 yazı təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 1-ci yerə bir , 2-ci yerə iki, 3- yerə üç, 10 nəfər isə həvəsləndirici mükafata layiq görüldü. 1-ci yerin qalibinə 1000, 2-ci yerin qalibinə 800 manat, 3- yerin qalibinə 600 manat, həvəsləndirici yerlərin qaliblərinə isə 200 manat məbləğində pul mükafatı verilib.

Sonda qaliblərə xüsusi diplomlar pul mükafatları təqdim olundu.

 





24.04.2014    çap et  çap et