525.Az

ABŞ Rəcəb Tayyib Ərdoğanın 24 aprel bəyanatını alqışlayıb


 

ABŞ Rəcəb Tayyib Ərdoğanın 24 aprel bəyanatını alqışlayıb<b style="color:red"></b> ABŞ Dövlət Departamenti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 24 aprel bəyanatını alqışlayır.

APA-nın xəbərinə görə, bunu DD-nin rəsmi nümayəndəsi Cen Psaki deyib. O, Ərdoğanın 1915-ci ildə ermənilərin məruz qaldığı iztirabları tanımasını alqışladıqlarını deyib:
 
“Biz hesab edirik ki, bu, faktların tam, açıq və ədalətli şəkildə etiraf olunmasının və türklərlə ermənilər arasında barışığın mümkünlüyünü göstərir”.
 





24.04.2014    çap et  çap et