525.Az

Bakıda iki əsas yolda hərəkət məhdudlaşacaq


 

Bakıda iki əsas yolda hərəkət məhdudlaşacaq<b style="color:red"></b> Bu gün axşam Bakı şəhərinin Səbail rayonu ərazisində, Neftçilər prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Neftçilər prospektində (Azneft dairəsindən "Dalğa Plaza"ya qədər), Nizami Gəncəvi və Ələddin Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
 
Bundan başqa yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən, Suraxanı yol qovşağında ("Buta Palace"in yaxınlığı) nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət qoyulub.
 
 
 





24.04.2014    çap et  çap et