525.Az

Bakının bir neçə rayonunda qaz olmayacaq


 

Bakının bir neçə rayonunda qaz olmayacaq<b style="color:red"></b> Bu gün Bakının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinə dönən hissədə “Azvirt” MMC tərəfindən yolun genişləndirilməsi işləri aparılan zaman diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin zədələnməsi nəticəsində  yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar saat 10:50-dən etibarən Nərimanov rayonunun böyük bir hissəsinə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə  əvəzlənməsi məqsədi ilə saat 13:00-dan 15:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Sabunçu rayonunun bir hissəsinə  təbii qazın verilişində fasilələr yaranacaq.
 
 





24.04.2014    çap et  çap et