525.Az

Bakıda neftyığma məntəqəsində baş verən yanğın söndürülüb


 

Bakıda neftyığma məntəqəsində baş verən yanğın söndürülüb<b style="color:red"></b> Bakıda neft çənlərindən biri yanıb.

Səbail Rayon Polis İdarəsindən Trend-ə bildirilib ki, yanğın hadisəsi Bayıl qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Bayıl qəsəbəsi ərazisində yerləşən neftyığma məntəqəsindəki çənlərdən birində güclü yanğın baş verib.

Hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları tərəfindən yanğın söndürülüb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, hadisə zamanı xəsarət alan olmayıb.
 





24.04.2014    çap et  çap et