525.Az

Ombudsman Aparatının əməkdaşları məhbus “NİDA”çılarla görüşüblər


 

Ombudsman Aparatının əməkdaşları məhbus “NİDA”çılarla görüşüblər<b style="color:red"></b> Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan “NİDA” Vətəndaş Hərəkatının üzvləri ilə görüşüblər.
 
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə MPQ-nin həkim üzvü də iştirak edib. Həmin şəxslərlə konfidensial qaydada söhbət zamanı onlar saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, səhhətlərində hər-hansı bir pozuntu aşkar olunmayıb. Eyni zamanda adı çəkilən şəxslər aprelin 17-dən aclıq aksiyası keçirdiklərini bildirsələr də, bu barədə yazılı qaydada BİT-in rəhbərliyinə müraciət etməyiblər.
 
Habelə müəyyən edilib ki, adı çəkilən şəxslər əvvəlki kamera yoldaşları ilə bir yerdə saxlanılır, müəssisə həkimi tərəfindən bir neçə dəfə müayinə olunublar.
 
MPQ-nin həkim üzvü həmin şəxslərin bəzilərini maraqlandıran sualları cavablandırıblar. Eyni zamanda müəssisə həkiminə onların vəziyyətini nəzarətdə saxlaması tapşırılıb.
 





23.04.2014    çap et  çap et